Accessibility links

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni vəfat edib


İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni
İtaliyanın keçmiş baş naziri Silvio Berluskoni

İtaliyanın keçmiş baş naziri, siyasətə gəlməmişdən əvvəl ölkənin ən böyük media şirkətini yaradan milyarder iş adamı Silvio Berluskoni bazar ertəsi iyunun 12-də Milanda xəstəxanada vəfat edib.

86 yaşlı Silvio Berluskoni son aylarda leykemiya xəstəliyindən müalicə olunurdu.

Berluskoni sərvətini daşınmaz əmlakla məşğul olmaqla toplamağa başlayıb və sonra çox uğurlu televiziya şəbəkəsi yaratmaqla davam edib. Bir vaxtlar o, İtaliyanın ən zəngin adamı kimi tanınıb.

Daha sonra o, tədqiqatçıların amerikanlaşdığını iddia etdiyi bir sahə olan siyasi arenaya keçib.

Sağçı siyasətçi 1994-cü ildən başlayaraq dörd hökumətdə baş nazir vəzifəsində çalışıb. Berluskoni siyasi karyerası zamanı bir sıra siyasi qalmaqallarla üzləşib. O, fahişələrlə keçirdiyi gecələrlə tanınırdı və bir dəfə yeniyetmə rəqqasə ilə əlaqədə olmaq üçün pul ödəmək ittihamı ilə üzləşmişdi. O, bu ittihamlardan bəraət qazanıb.

Qalmaqallar ona uzunmüddətli siyasi irs qurmasına mane olmayıb. "O, italiyalı sağçıları bir araya gətirən bir adam idi. O, onları məqbul və rəqabətli etdi" - deyə, Romanın Luis Universitetinin siyasi elmlər üzrə professoru Roberto Dalimonte The Financial Times-a bildirib.

XS
SM
MD
LG