Accessibility links

İtaliyada parlament seçkiləri keçirilir


İtalyanlar son illər ölkədə ən mühüm seçkilərdə səs verir. Uzun müddətdir ölkədə iqtisadi böhran və siyasi elitanın özünü doğrulda bilməməsindən narazı seçicilər radikal dəyişikliklər vəd edən nisbətən daha az populyar partiyalara səs verir.

Avropa İttifaqının üzvləri qitədə iqtisadi cəhətdən üçüncü ən böyük ölkənin gələcəyini müəyyənləşdirə biləcək iki gün sürən seçkiləri diqqətlə izləyir.

Rəy sorğuları mərkəz-solçu Demokrat partiyası və onun lideri Pier Luici Bersaninin irəlidə olduğunu, lakin iqtisadi islahatların koalisiya olmadan parlamentdə təsdiq edilməsi üçün lazım olan çoxluğu əldə edə bilməyəcəyini göstərir.

Komediya ustası olmuş siyasətçi Peppe Qrillo və onun Beş ulduz hərəkatı kimi populist namizədlərə dəstəyin artması partlament seçkilərinin qalibi olmadan başa çatması ilə nəticələnə və iqtidar koalisiyası yaratmaq üçün siyasi mübahisələrə gətirib çıxara bilər.

Böyük etiraz şəraitində keçən səsvermə hazırkı baş nazir Mario Montinin başladığı iqtisadi islahatların həyat keçirilməsi prosesinin dayanması ilə nəticələnə bilər. Rəy sorğuları baş nazirə dəstəyin az olduğunu göstərir.

Sorğularda daha ayxşı göstəricilərə malik Pier Luici Bersani keçmiş baş nazir Silvio Berluskoni tərəfindən güclü dəstəklənir.
XS
SM
MD
LG