Accessibility links

İtaliya İranı edamları dayandırmağa, etirazçılarla dialoqa başlamağa çağırır


İtaliyanın xarici işlər naziri Antonio Tajani çərşənbə günü İran səfirini çağırdıqdan sonra deyib ki, İran etirazçıları edam və təqib etməyi dayandırmalı, onlarla dialoqa başlamalıdır.

Tajaninin dediyinə görə, nümayişlərdə iştirak edən insanlara və ya hicab taxmaqdan imtina edən qadınlara qarşı ölüm hökmləri qeyri-mütənasib və qəbuledilməz cəza növüdür.

"Baş örtüyünü çıxarmaq və ya etiraz aksiyasında iştirak etmək dünyanın heç bir yerində ölüm hökmü ilə nəticələnə biləcək cinayət deyil" - deyə, nazir bildirib.

İranda ümummilli iğtişaşlar üç ay əvvəl, İslam Respublikasının məcburi geyim qaydası qanunlarını həyata keçirən əxlaq polisi tərəfindən həbs edilən 22 yaşlı kürd qadın Məhsa Əmininin həbsdə öldürülməsindən sonra başlayıb.

Etirazlar 1979-cu il inqilabından sonra İran rəhbərliyinə qarşı ən cəsarətli çağırışlardan birini olub və nümayişlərdə ölkənin bütün təbəqələrindən olan insanlar iştirak edib.

Xarici düşmənlər tərəfindən qızışdırıldığını deyən İran hakimiyyəti etirazları sərt şəkildə yatırıb.

İran bu ayın əvvəlində iki etirazçını edam edib. Onlardan biri sentyabr ayında əsas yolu bağlamaqda və yarı-hərbi "Bəsic" qüvvələrinin bir üzvünü bıçaqla yaralamaqda ittiham edilən 23 yaşlı Möhsün Şəkəri, digəri isə "Bəsic"in iki üzvünü bıçaqlayaraq, öldürməkdə ittiham edilən 23 yaşlı Məcid Rza Rəhnavard idi. Rəhnavard ictimaiyyət qarşısında tikinti kranından asılıb.

HRANA hüquq müdafiə təşkilatı iğtişaşlar zamanı təxminən 18500 nəfərin həbs edildiyini bildirib. Hökumət rəsmiləri onların əksəriyyətinin azad edildiyini deyib.

HRANA həmçinin bildirib ki, dekabrın 25-nə olan məlumata görə, 69-u azyaşlı olmqla, 507 etirazçı və 66 təhlükəsizlik qüvvələri əməkdaşı öldürülüb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG