Accessibility links

İtaliyanın 30 ildir axtarışda olan mafiya başçısı həbs edilib


Matteo Messina Denaro həbs edilib
Matteo Messina Denaro həbs edilib

İtaliyanın ən çox axtarılan şəxslərindən biri, mafiya başçısı Matteo Messina Denaro həbs edilib.

İtaliyanın ANSA xəbər agentliyi bazar ertəsi bildirib ki, Siciliyadakı Kosa Nostra mafiyasının 30 ildir qaçaq olan rəhbəri olduğu iddia edilən şəxs Palermoda özəl klinikalardan birində həbs edilib.

ANSA, the Italian news agency, reported Monday that the alleged boss of Sicily’s Cosa Nostra mafia, who had been on the run for 30 years, was arrested by police at a private clinic in Palermo.

İtaliya dövlət televiziyası Denaronun həbsindən dərhal sonra gizli yerə aparıldığını bildirib.

1992-ci ildə mafiya əleyhinə prokurorlar Covanni Falkone və Paolo Borsellinonun qətlləri də daxil olmaqla, onlarla qətldə qiyabi olaraq mühakimə olunan 60 yaşlı Denaronu bir neçə ömürlük həbs cəzası gözləyir.

Denaro bir dəfə "qəbiristanlığı qurbanları ilə doldura biləcəyini" iddia edib.

Polis keçən ilin sentyabrında Denaronun 30 ildir qaçaq olmasına baxmayaraq, Siciliyanın qərbindəki Trapani şəhəri mafiyasına göstərişlər verə bildiyini deyib.

"2015-ci ildə polis onun ən yaxın əməkdaşları ilə Siciliyadakı bir fermada pizzini sistemi vasitəsilə - daşın altına kiçik kağız qeydlərini qoymaqla əlaqə saxladığını aşkar edib" deyə, Agence France-Presse xəbər agentliyi bildirib.

Baş nazir Corcia Meloni verdiyi açıqlamada Denaronun həbsinin İtaliyanın mütəşəkkil cinayətkarlığa qarşı mübarizəsində "böyük qələbə" olduğunu deyib.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG