Accessibility links

2015-ci ildə Azərbaycanda 76 hərbi qulluqçu dünyasını dəyişib


2015-ci ilin ötən dövründə (23 dekabradək) Azərbaycan təhlükəsizlik və müdafiə sektorunda ümumilikdə 76 hərbi qulluqçu dünyasını dəyişib. Onlardan 37-si döyüş (34-ü erməni gülləsi, 3 nəfəri mina partlayışı), 39 nəfəri isə qeyri-döyüş itkiləridir. Bu barədə Xəzər Hərbi Tədqiqatlar İnstitutunun (Caspian Defense Studies Institute) məlumatında deyilir.

Məlumatda deyilir ki, 8 nəfər intihar edib, 11 nəfər qeyri-nizamnamə hadisəsi (bir-birini güllələmə), 5 nəfər avtoqəza nəticəsində, 4 nəfər ehtiyatsızlıqdan, 2 nəfər qar uçqunundan, 2 nəfər günvurmadan, 1 nəfər naməlum səbəbdən, 6 nəfərsə xəstəlikdən dünyasını dəyişib. Dünyasını dəyişənlərin 67-si Müdafiə Nazirliyinin, 4-ü Dövlət Sərhəd Xidmətinin, 3-ü Fövqəladə Hallar Nazirliyinin və 2-i isə Milli Təhlükəsizlik Nazirliyinin hərbi qulluqçularıdır.

İnstitut bildirir ki, ötən dövrdə 25 hərbi qulluqçu bu və digər səbəblərdən yaralanıb və ya xəsarət alıb. 15 hərbi qulluqçu erməni gülləsindən, 3 nəfər avtomobil qəzasından, 4 nəfər mina partlayışından, bir nəfər qeyri- nizamnamə hadisələrindən, bir nəfər intihar cəhdindən, başqa bir nəfərsə bədbəxt hadisə nəticəsində yaralanıb və ya xəsarət alıb. Yaralananların biri Fövqəladə Hallar Nazirliyinə, digərləri isə Müdafiə Nazirliyinə aid olan bu və digər hərbi hissələrdə xidmət göstərir.

Dünyaya Baxış

Dünyaya Baxış. Bakıda COP29 işinə başlayıb
please wait

No media source currently available

0:00 0:09:14 0:00
XS
SM
MD
LG