Accessibility links

İtkin düşən isveçli jurnalistin başı tapılıb


Danimarka polisi avqust ayında danimarkalı ixtiraçı Piter Madsenlə evdə düzəldilən sualtı qayıqla səfərə çıxandan sonra itkin düşən isveçli jurnalist Kim Ualun başını və ayaqlarını tapdığını bildirib.

Kopenhagen polisinin inspektoru Yens Moller Yensen şənbə müxbirlərə deyib ki, dalğıclar Danimarka sahili yaxınlığında Ualın başının, ayaqlarının və paltarlarının olduğu torba tapıblar. Torbanın içində həm də onun suda batmasına yardım edəcək ağır obyektlər olub.

Censen deyib ki, cümə günü ekspertiza aparan diş həkimi başın Uala ad olduğunu təsdiq edib. Onun bədəni itkin düşəndən 11 gün sonra , avqustun 21-də Kopenhaqen yaxınlığındakı sularda tapılıb.

46 yaşlı ixtiraçı Madsen avqustun 11-dən bəri polis nəzarətindədir. O iddia edir ki, Ual başı qayığın içində ağır metaldan düzəldilən qapıya dəyəndən sonra ölüb. O, panikaya düşdüyünü və Ualın cəsədini suya atdığını deyib.

Lakin şənbə polis Ualın başı üzərində aparılan ekspertizanın onun başına heç bir travmanın dəymədiyini təsdiq etdiyi bildirib. Lakin onun gövdəsində bir neçə bıçaq zərbəsi, cinsi orqanlarında isə başqa xəsarətlər aşkar olunub.

Bu həftənin əvvəli müstəntiqlər deyib ki, onlar Madsenin emalatxanasında qadınlara işgəncə edildiyini göstərən videolar tapıblar. Madsen həmin videoların ona məxsus olmadığını deyib. O, emalatxanaya bir neçə başqa insanın daxil ola bildiyini bildirib.

30 yaşı olan Ual Nyu York və Çində müstəqil jurnalist olaraq fəaliyyət göstərirdi.

Amerika İcmalı

Amerika İcmalı. ABŞ-Yaponiya əlaqələri. ABŞ-ın Azərbaycan-Ermənistan sülh prosesində rolu.
please wait

No media source currently available

0:00 0:30:13 0:00
XS
SM
MD
LG