Accessibility links

İvanka Trampın Afrika səfəri davam edir


İvanka Tramp Afrika qitəsinə səfər edir
please wait

No media source currently available

0:00 0:02:45 0:00

Qadınlar üçün iqtisadi imkanların artırılması məqsədilə Afrika qitəsində səfərdə olan Ağ Evin baş məsləhətçisi İvanka Tramp üç gün Efiopiyada olduqdan sonra Fil Dişi sahilinə gedib. Prezident Donald Trampın qızının Afrikaya səfəri əvvəlki administrasiyaların dünya boyu qadınlar üçün imkanların genişləndirilməsinə yönəlik səylərinin tərkib hissəsi kimi qiymətləndirilir. Eyni zamanda səfər Prezident Trampın "Amerika Birincidir" siyasəti çərçivəsində xarici yardımları tənqid etdiyi zaman baş verir.

Afrika dünyada yeganə regiondur ki, orada kişilərdən çox qadınlar sahibkar olmaq istəyir. Və qadınlar üçün iqtisadi imkanların artırılması təşəbbüsü ilə bu qitəyə gələn Ağ Evin baş məsləhətçisi İvanka Tramp qadın sahibkarın tekstil fabrikini ziyarət edib və Efiopiya qəhvəsinin dadına baxıb. İvanka Tramp: “Biz qadının inkişafına qoyulan investisiyanın ağıllı addım olduğuna inanırıq. Bu, həm də bizim təhlükəsizlik maraqlarımıza uyğundur. Çünki qadına imkanlar veriləndə, o, sülhün və stabilliyin qarantı olur. Və biz bunun dəfələrlə şahidi olmuşuq.”

Qadınların imkanlarının artırılması təşəbbüsü onların iş yerlərində və bizneslərdə potensialı və maliyyə qabiliyyətinin gücləndirilməsi, eləcə də onların uğur qazanmasına mane olan norma və qanunların dəyişdirilməsi vasitəsilə imkanlar yaradılması məqsədi daşıyır.

Dünya boyu qadınlar kişilərin qazancının 63 faizini alır. Dünya ölkələrinin yarısından çoxunda qadınlar hələ də kişilər kimi biznes sahibi olmaq imkanına malik deyil. Onlar kredit almaq, müqavilə bağlamaq və bank hesabı açmaq kimi çətinliklərlə üzləşirlər.

Digər böyük maneələrdən biri də təhsil imkanlarının olmamasıdır. Efiopiya prezidenti Sahl Vork Zeud: “Biz ilk növbədə qadınların təhsil alıb, ali məktəbləri bitirə bilməsi üçün diqqəti universitetlərimizə yönəltməliyik.”

İvanka Trump tərəfindən dəstəklənən və onun atası tərəfindən fevral ayında imzalanan "Qadınların Qlobal İnkişafı və Bərabərliyi" təşəbbüsü 2025-ci ilədək dünyada 50 milyon qadınının iqtisadi cəhətdən müstəqil olmasına yardım məqsədilə ilk olaraq 50 milyon dollar maliyyə vəsaitinin ayrıldığı bir proqramdır.

"Amerika Birinci" şüarı altında Tramp xaricə yardımların hərbi xərclərlə əvəzlənməsinə çağırıb. Lakin bu təşəbbüs göstərir ki, administrasiyanın qlobal miqyasda qadınların gücləndirilməsinə yönələn siyasəti 40 illik siyasi xəttdən kənara çıxmır. Strateji və Beynəlxalq Araşdırmalar Mərkəzindən Daniel Ronde: “Bu tamamilə yeni bir şey deyil, bu davam edir. Əgər siz qadınların iqtisadi imkanlarını Obama administrasiya zamanı dəstəkləmisinizsə, siz Tramp administrasiyasına da bunu etmək imkanı vermək istəyəcəksiniz və onu ciddi qəbul edəcəksiniz.”

Efiopiyada səfərdə olarkən İvanka Trump BMT-nin Afrika üzrə İqtisadi Komissiyasında qadınların gücləndirilməsi üzrə dialoqa ev sahibliyi edib və biznes sahibi olan qadınlara 350 milyon dollarlıq "OPIC 2X Africa" təşəbbüsünü elan edib.

XS
SM
MD
LG