Accessibility links

Prezident Trampın qızı İvanka tənqidlərlə üzləşır


Prezident Trampın qızı İvanka tənqidlərlə üzləşır
please wait

No media source currently available

0:00 0:02:46 0:00

Keçən həftə Donald Trampı Asiyaya səfəri zamanı müşayiət edən prezidentin qızı və baş məsləhətçisi İvanka Tramp tənqidlərə məruz qalıb və məsxərə hədəfinə çevrilib. Çoxları onun yüksək səviyyəli tərbirlərdə iştirakını şübhə alıtna alaraq, administrasiyanın qohumbazlıqla ölkənin maraqlarına zərər vurduğunu deyir. Ortaya çıxan suallardan biri də budur – Görəsən prezident öz qızını daha böyük rollara hazırlayır?

Dünya liderləri ilə qaynayıb-qarışır. Cənubi Koreya ilə Şinami Koreya arasındakı demilitarizasiya zonasına gedir. Prezidenti iyun ayında Asiyaya səfəri zamanı müşayiət edən dövlət katibini kölgədə qoyur... Son zamanlar İvanka Tramp hər yerdə gözə dəyir.

2017-ci ildə İvanka Tramp və onun həyat yoldaşı Cared Kuşneri özünün baş məsləhətçiləri təyin edəndə prezident Donald Tramp ölkəni ailə biznesi kimi idarə etməkdə ittiham edilmişdi və onun bu hərəkəti anti-nepotizm qaydalarını sınağa çəkmişdi.

Anti-Nepotizm – Qohumbazlığa qarşı qanun 1967-ci ildə qüvvəyə minib. Qanunun qəbulunda prezident Con Kennedinin qardaşı Robert Kennedini ölkənin baş prokuroru təyin etməsi rol oynamışdı.

“İvanka və Cared çox çalışır və vəzifələrini yerinə yetirməjk ermək üçün fədakarlıq göstərir.” - deyə, Donald Tramp bildirib.

İvanka Tramp tutduğu bu vəzifəyə görə maaş almır. Buna baxmayaraq tənqidçilər onun fəaliyətini problematik hesab edir. Texas Universitetindən Şennon Bou Obrayan: “O, açıq-aşkar nepotism (qohumbazlıq) ittihamı ilə üzləşir, lakin bu onun vecinə də deyil. O, kimin - Birləşmiş Ştatların, ailə biznesinin, Tramp korporasiyasının, yoxsa öz maraqlarını təmsil edir?”

İvanka Tramp “Qadınların Qlobal İnkişafı və Çiçəklənməsi” kimi layihələrə imza atıb. “Qadınlara imkan yaratdıqda, onların güclərini artırdıqda, onlar ailələrini, icmalarına və ölkələrini inkişaf etdirir.”

Bəziləri onun belə məsələlərdə prezidentə təsir göstərməsini alqışlayır. "Strategiya və Beynəlxalq Araşdırmalar Mərkəzi"ndən Cadd Devermont: “Mən bu məsələlərdə mübahisə olduğunu hiss edirəm. Və əgər bu İvanka layihəsidirsə, bu o deməkdir ki, onun təsiri çoxdur. Buna görə də onun böyük işlər görəcəyinə ümidliyəm.”

İş yerlərinin artırılması və insan alveri ilə mübarizə kimi işləri onun daxildə nüfuzunu artırsa da, bundan sonra nə edəcəyi barədə suallar artır. Amerika Sahibkarlıq İnstitutundan Zak Kuper: “İnsanlar "bütün bunlar İvankanın gələcəkdə siyasi liderliyinə işarədirmi, Tramp onu bunamı hazırlayır?" deyə maraqlanır.”

Tramp sabiq rəqibi Hillari Klintonu siyasi sülalə qurmaqda ittiham etmişdi. Ekspertlər amerikalıların ailələri hökumətə cəlb edə biləcəklərinə qarşı deyillər - əlbəttə, əgər onlar peşəkardırlarsa.

Prezident Trampa “Siz onu ofisəmi hazırlayırsınız?” sualını verəndə, o, belə cavab verib: “Xeyr, mən onu ofisə hazırlamıram”

XS
SM
MD
LG