Accessibility links

İvanka Tramp respublikaçı qanunvericilərlə görüşür


İvanka Tramp respublikaçı qanunvericilərlə işçi qüvvəsi məsələsini müzakirə edir.

Nümayəndələr Palatasının əksəriyyət lideri Kevin Makkarti deyib ki, İvanka Tramp onunla və digər qanunvericilərlə iş yerlərinin yaxşılaşdırılması məsələsini gündəmə gətirəcək.

Keçən həftə İvanka atası Donald Trampla bərabər Ağ Evin maarifləndirmə təşəbbüslərini açıqlayıb.

Bu, onun Konqresə həftə ərzində ikinci səfəridir. Dünən İvanka Tramp senator Marko Rubio və bir neçə digər respulikaçı qanunverci ilə uşaqların vergi krediti və ailələrə ödənişli məzuniyyət verilməsi məsələsini müzakirə edib.

XS
SM
MD
LG