Accessibility links

"Fil dişi qülləsi" filmi Amerikada tələbələrin təhsil borclarından danışır [Video]


“Fil dişi qülləsi” Amerika tələbələrinin təhsil borcları haqdadır
please wait

No media source currently available

0:00 0:03:20 0:00

20 il bundan əvvəl amerikalı ailələr kollec təhsili almağın yolunu bir təhər tapırdılar. Lakin o vaxtla müqayisədə təhsil qiymətləri xeyli artıb və tələbələrin çoxu borc içərisində üzür. Rejissor Endryu Rossinin “Fil dişi qülləsi” filmi elə bu haqdadır.

Paytaxt Vaşinqton şəhərinin yaxınlığındakı qədim Aleksandriyada qızmar və bürkülü bir gündür. Kollec tələbəsi Brendon Atilis pul qazanmaq üçün tətil günlərində pivə zavodunda işləməyə məcburdur. Pul ona oxuduğu müddətdə iki dostu ilə birlikdə kirayə tutduğu mənzil üçün lazımdır. “Mənim valideynlərim ev kirəsini ödəyir, mən isə komunal xidmətləri. Hər halda bu, yataqxanada qalmaqdan ucuz başa gəlir.”

Brendonun bəxti gətirib, o yaxşı iş qabiliyyətinə malikdir, ağıllıdır və onun təhsil pulu artıq ödənib. Brendonun anası Kris Atilis: “Biz dörd illik təhsil haqqını indiki bazar qiymətləri ilə bir illik pula ödəmişəm.”

Brendonun anası hər uşaq doğulduqdan az sonra həyat yoldaşı ilə birlikdə onların təhsili üçün pul yığmağa başladıqlarını deyir.

Lakin bu günkü tələbələrin çoxunun bəxti gətirməyib. “Amerikada tələbə borclarının həcmi 1 trilyon dolları ötüb” - deyə, rejissor bildirir.

Endryu Rossinin yeni “Fil dişi qülləsi” sənədli filmi borc içərisində batan tələbələrdən danışır. “Əgər mənim övladlarım varsa, mən öləndə təhsil borclarım onların boyunlarında qalacaq. Dəhşətdir.”

Bu, bir çox səbəblərdən irəli gəlir ki, bunlarda biri büdcədəki kəsirlər səbəbindən hökumətin ali təhsilə yadım etməməsidir. “Ali təhsili bitirdikdən sonra isə tələbələrin yarısı ya işsiz qalır ya da az maaşa işləyir” - deyə, rejissor bildirir.

Kolleclər tələbə cəlb etmək üçün gözəl yataqxanalar inşa edir ki, sonda həmin inşa işlərinin pulu tələbədən çıxır.

Kris Atilis bunu Brendon həmin yataqxanalardan birində qaldığı zaman gördüyünü deyir. “Onlar gözəl tamaşa düzəldə bilir. Mərmər vannalara baxanda fikirləşirsən ki, mən məktəbə getdiyim zaman bunlar yox idi.”

“Fil dişi qülləsi” filmində gənclər xərclər çox olduğu üçün ali təhsil almaqdan boyun qaçırır. Bəziləri isə təhsili internet vasitəsilə almağa çalışır.

Brendon isə təhsil üçün borcu olmadığına görə sevinir. O artıq ali təhsilini alandan sonra borcu olmadan yaxşı iş tapacağına və ailə quracağına ümid bəsləyir.

XS
SM
MD
LG