Accessibility links

14 iyul aksiyasından sonra AXCP-nin 6 fəalı saxlanılıb


AXCP
AXCP

Son günlər Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) 8 fəalı saxlanılıb.

AXCP bildirir ki, İlham Əliyevin hökumətin iclasındakı çıxışında AXCP-yə qarşı yeni repressiya göstərişi artıq icra olunur.

"Bu saatlara qədər olan məlumatlar bundan ibarətdir ki, partiyanın Rəyasət Heyətinin üzvü, Qarabağ qazisi və keçmiş siyasi məhbus Asif Yusifli, fəallar Seymur Əhmədzadə, Mətanət Turan, Fərid Əsədov, Məhəmməd İmanlı və Elvin Məmmədov 14-15 iyul Qarabağ yürüşündə iştirak etdikləri üçün saxlanılıb polis bölmələrinə aparılıblar. Onların haqqında hələlik daha ətraflı məlumat yoxdur. Bundan 2-3 gün qabaq isə partiyanın daha 2 üzvü həbs edilib. Arif Paşayev "Tovuz döyüşləri" barədə sosial şəbəkədəki müzakirələrdə fəal iştirak etdiyinə görə 30 sutka, Elvin Bəhmənoğlu isə Masallıda şəhid mayor Anar Novruzovun dəfnində iştirak etdiyinə görə 15 sutka inzibati həbsə məhkum edilib," məlumatda qeyd edilir.

saxlanılan AXCP fəalları
saxlanılan AXCP fəalları

AXCP sədrinin müavini Seymur Həzi fəalların saxlanılmasını qanunsuz addım hesab edir.

“Parlamentin binası qarşısında baş verən insidentdə AXCP fəalları iştirak etməyib. Bu AXCP-yə qarşı növbəti repressiya bəhanəsidir,” o Amerikanın Səsinə deyib.

Vəkil Elçin Sadıqov bildirib ki, iyulun 14-dən 15-inə keçən gecə həbs edilən şəxslər 48 saatdan artıqdır qanunsuz olaraq həbsdədirlər və hələ də məhkəmə önünə çəxarılmayıblar.

“Bu Azərbaycan Konstitusiyasının 28-ci maddəsinin (Azadlıq hüququ), Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci Maddəsinin (Azadlıq və toxunulmazlıq hüququ), İnzibati Xətalar Məcəlləsinin 89-cu maddəsinin (İnzibati qaydada tutma müddətləri), Cinayət Prossesual Məcəlləsinin 148-ci maddəsinin (Cinayət törətməsinə şübhə yarandıqda şəxsin tutulması) kobud şəkildə pozulmasıdır. Həbs olunanların insan ləyaqətini alçaldan və qeyri insani şəraitdə saxlanılması, əksəriyyətinin polis bölmələrində insanların saxlanılması qadağan olunduğu halda saxlanılması ilə bağlı polisin qanunsuz hərəkətlərindən baş prokurora teleqram vasitəsilə şikayətlərimiz hələ də məqsədli şəkildə araşdırılmır və bu qanunsuzluqlar aradan qalxmır. Ombudsman aparatının da müdaxiləsi bir fayda vermir,” vəkil facebook səhifəsində yazıb.

Rəsmi qurumlar 14 iyul aksiyası zamanı baş verən insident faktı ilə bağlı cinayət işinin qaldırıldığını bildirib. Lakin bu cinayət işi üzrə saxlanılanlar və AXCP fəallarının saxlanılması ilə bağlı hələ məlumat yaymayıb.

Dünyaya Baxış

Dünyaya Baxış. “Meydan TV” jurnalistlərinin saxlanıldığı bildirilir
please wait

No media source currently available

0:00 0:12:30 0:00
XS
SM
MD
LG