Accessibility links

İyulda avtoqəzada 123 nəfər ölüb, 366 nəfər yaralanıb


İyulda avtoqəzada 123 nəfər ölüb, 366 nəfər yaralanıb
İyulda avtoqəzada 123 nəfər ölüb, 366 nəfər yaralanıb

Bu cür ciddi insan itkisi Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlarla müqayisə oluna bilər. Belə ki, iyulda yol qəzaları zamanı itki il ərzində cəbhə xəttində orduda baş vermiş itkidən çoxdur. Birinci yarımildə müdafiə və təhlükəsizlik sahəsində itki 22 nəfər təşkil edib.

Bu il iyulun 1-dən avqustun 3-dək ölkənin avtomobil yollarında baş vermiş yol-nəqliyyat qəzaları nəticəsində 123 nəfər ölüb, 366 nəfər yaralanıb. Daxili İşlər Nazirliyinin məlumatlarına əsasən, hər gün yol qəzalarında orta hesabla 3,7 nəfər həlak olur, 11 nəfər yaralanır.

Bu cür ciddi insan itkisi Qarabağ müharibəsi dövründə hərbi əməliyyatlarla müqayisə oluna bilər. Belə ki, iyulda yol qəzaları zamanı itki il ərzində cəbhə xəttində orduda baş vermiş itkidən çoxdur. Birinci yarımildə müdafiə sahəsində itki 22 nəfər təşkil edib. Ekspertlərin qiymətləndirmələrinə görə, Azərbaycan yollarında ölüm və yaralanma hallarının göstəricisinin yüksək olması sürücülərin yol hərəkəti qaydalarını pozması, yolların pis vəziyyətdə olması, nəqliyyat problemlərinin aradan qaldırılması ilə bağlı dəqiq dövlət strategiyasının olmaması ilə əlaqədardır.

XS
SM
MD
LG