Accessibility links

Qaçqın kimdir?

BMT münaqişələr və təqiblərdən qacanları qaçqın kimi tanıyır. Onlar beynəlxalq müdafiə qanunlara əsasən digər ölkələr tərəfindən sığınacaqla təmin edilir. Evlərini tərk etsə də, vətənlərində qalanlar qaçqın hesab edilmir.

Dünyada nə qədər qaçqın var?

2017-ci ilin ortalarınadən 65.6 milyon insan didərgin düşüb. Onların 22.5 milyonu digər ölkələrə qaçanlardır. Qaçqınların yarısını 18 yaşından aşağı uşaqlar təşkil edir. Bu, İkinci Dünya Müharibəsindən son ən yüksək göstəricidir. 2016-cı ildə əksəriyyəti Suriya və Əfqanıstandan olmaqla, 75 min uşaq sığınacaq üçün müraciət edib.

2018-ci ilin mart ayında 5.6 milyon insan qaçqın statusu alıb. BMT-nin təxminlərinə görə, dünyada hər 100 adamdan 1-i müharibələr və və siyasi sabitsizlik səbəbi ilə vətənini tərk etməli olub.

Onlar hansı ölkələrdəndir?

Son 7 illik müharibəsi ilə Suriya ən yüksək göstəriciyə malikdir. 2017-ci ildə təqribən 660 min nəfər Suriyanı tərk edib. Beləliklə suriyalı qaçqınların ümumi sayı 5.6 milyona yüksəlib. Onların əskriyyəti qonşu ölkələrə sığınıb. Suriyada 6.6 milyon insan evindən didərgin düşüb.

Əfqanıstanda münaqişə səbəbi ilə 2.5 milyon insan qaçqın hesab edilir.

Cənubi Sudan qaçqın sayına görə 3-cü yerdədir. Bu ölkədə 1.4 milyon insan qaçqındır.

Dini və etnik təqiblərə görə Myanmadan 1.1 milyon insan qaçmağa məcbur olub.

2017-ci ilin aprel ayında Somalidən 876 min insan qaçıb.

İnsanlar hara qaçır?

2016-cı ildən Türkiyə 3 milyon insanın yerləşdiyi düşərgələrə ev sahibliyi edir.

Pakistan 1.6 milyon insana sığınacaq verərək 2-ci yeri tutub. Livanda 1 milyon, İranda 978 min, Efiopiyada 740 min, İordaniyada 700 min, Keniyada 523 min, Uqandada 512 min, Almaniyada 470 min və Çadda 380 min qaçqın var.

Dünya Qaçqınlar Günü

Dünya Qaçqınlar Günü iyun ayının 20-də qeyd edilir. Məqsəd milyonlarla qaçqın və məcburi köçkün probleminin diqqətə çatdırılmasıdır.

XS
SM
MD
LG