Accessibility links

Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini İkram Rəhimovu azad etməyə çağırır


Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hakimiyyətindən jurnalist İkram Rəhimovun təqibinə son qoymağı və onu həbsdən dərhal azad etməyi tələb edib.

"İkram Rəhimov dərhal azad edilməli və aclıqdan sonra sağlamlığının bərpa edilməsi üçün şərait yaradılmalıdır. Korrupsiyanı ifşa edən jurnalistlərin həbsi təcrübəsinə son qoyulmalıdır," JMK-nin Avropa və Mərkəzi Asiya üzrə proqram koordinatoru Gulnoza Said bildirib.

İkram Rəhimov 22-ci gündür ki, 1 saylı Bakı İstintaq Təcridxanasında əsassız həbsinə etiraz əlaməti olaraq aclıq edir. Penitensiar Xidmət onun aclıq etməsi faktını təsdiq edir, amma sağlamlığında hər hansı problem olduğunu inkar edir.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da saxlanılıb, hədələmə yolu ilə pul tələb etməkdə ittiham olunub və həbs edilib.

İyunun 12-də məhkəmə onu 5,5 il müddətinə azadlıqdan məhrum edib. Avqustun 7-də Bakı Apellyasiya Məhkəməsində Rəhimovun işi üzrə hazırlıq iclası keçirilib. Müdafiə tərəfi təkrar məhkəmə istintaqı keçirilməsi, birinci instansiya məhkəməsinə verdikləri ifadələr saxtalaşdırıldığına görə şahid və zərərçəkmişlərin yenidən dindirilməsi haqqında vəsatət qaldırıb.

Vəkil həmçinin eyni səbəbdən Rəhimovun telefon danışıqlarının audioyazısının təkrar ekspertizasının təyin edilməsini xahiş edib. Amma vəsatətlər təmin edilməyib. Etiraz əlaməti olaraq Rəhimov aclığa başlayıb.

Avqustun 21-də o, məhkəmə heyətinə etiraz edib və dinləmələr ayın 28-də təxirə salınıb.

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ və Böyük Britaniya Kyivdəki səfirlik işçilərini geri çağırıb
please wait

No media source currently available

0:00 0:13:02 0:00
XS
SM
MD
LG