Accessibility links

Maykl Ceksonun qardaşları səhnəyə qayıtdı [Video]


Maykl Ceksonun qardaşları səhnəyə qayıtdı
please wait

No media source currently available

0:00 0:04:13 0:00

Maykl Ceksonun qardaşları səhnəyə qayıtdı

Maykl Ceksonun qardaşları səhnəyə qayıtdı
please wait

No media source currently available

0:00 0:04:13 0:00

Yüz milyon dollar həcmində diskləri satılmış və hamının tanıdığı Cekson qardaşları
Maykl Ceksonun ölümündən bəri ilk dəfə olaraq birgə qastrol səfərinə çıxıblar. Maykl Ceksonun qardaşı Cermeyn deyir ki, 2013-cü il üçün plan yeni CD buraxmaqdır. “Biz əvvəllər etdiklərimizi edəcəyik. Studiyaya girib yaradcılığımızı ortaya qoyacağıq.

2012-ci ildə Cekson qardaşları ən çox sevdikləri işlə məşğul olmaq qərarına gəldilər. Artıq gənc olmasalar da, qardaşlardan biri Caki deyir ki, həyəcan hissi elə əvvəllər olduğu kimidir. “Biz hələ də əvvəllər etdiyimizi bacarırıq. Cermeyn hələ də də bir ayağı üstə dura bilir. Doğrudan da biz səhnədə yüksək enerjimizi nümayiş etdirə bildik və tamaşaçını həyəcanlandıra bildik.”

Ceksonların musiqi karyeraları haqda gözəl xatirələri var. Tito Cekson ilk dəfə özlərinin ifasını radioda eşitdikləri vaxtı xatırlayır. “Mən Hollivuddakı 1601 Kuins küçəsindəki evimizdə idim. Mən bunu heç vax yaddan çıxarmaram, çünki ifamızı radioda birinci mən eşirdim.”

Cəki Cekson: “Öz ifanı radioda ilk dəfə eşitmək heyrətləndiricidir. Bunu heç nə ilə müqayisə etmək olmaz.”

Marlon Cekson: “Qonşumuz əlində radio qaça-qaça bizə gəldi: bu, sənin ifandır, dedi. Bu, doğrudan da gözəl bir hiss idi.”

Caki Cekson “The Jacksons” qrupunun fəaliyyəti üçün çox səbəbin olduğunu deyir.
“Burada ən vacib məsələ sənin səhnədə oxuyarkən tamaşaçı ilə birlikdə keçirdiyin hisslərdir.”

“The Jacksons” qrupu hər çıxışında mərhum qardaşları, qrupun sabiq üzvü Maykl Ceksonun ənənəsini davam etdirir. “Biz hər çıxışımızda Mayklın bizimlə səhnədə, və ya səhnə arxasında olduğunu düşünürük. Elə bil bu bizim yaramızı sağaldır. Biz bəzən beşimizin bir yerdə olduğumuz köhnə şəkilləri və köhnə videoları nümayiş etdiririk. Bu da bizə Mayklın bizimlə olduğunu hiss etməmizə yardım edir.” deyə, Cermeyn Cekson bildirir.

Musiqi tarixində cəmi bir neçə ailə var ki, Ceksonlar ailəsinin son 50 ildə əldə etdikləri nailiyyəti qazana bilib. Həyatda olan dörd qardaş “The Jacksons” 2012-ci ildə Birləşmiş Ştatlar və Asiya turuna çıxdı. Ceksonlar konsert turunu fevral ayında Avropada davam etdirəcəklər. Marlon Cekson bu turları “Birlik turu” adlandırır. Marlon deyir ki, illər ötdükcə o geriyə baxır və Allaha şükr edir ki, onların ailəsinə belə bir istedad bəxş edib. O, habelə anlayır ki, bu turun məqsədi təkcə musiqi ifa etmək yox, həm də musiqi vasitəsilə dünyanı birləşdirməkdir.
XS
SM
MD
LG