Accessibility links

İranın apellyasiya məhkəmələri 8 güneyli fəalın həbs hökmünü qüvvədə saxlayıb


Həbs hökmləri təsdiq edilən fəallar
Həbs hökmləri təsdiq edilən fəallar

Fəallar rejimə qarşı təbliğat və Pantürkizt fəaliyyətləri aparmaqda ittiham edilib

Azərbaycan veb səhifələrinin yaydığı məlumata görə, Şərqi və Qərbi Azərbaycan vilayətlərinin apellyasiya məhkəmələri daha öncə Təbriz və Mahabad İnqilab Məhkəmələrinin 8 güneyli fəala qarşı çıxardıqları həbs hökmlərini qüvvədə saxlayıb. Bu hökmlərə görə, 5 qoşaçaylı3 təbrizli fəal 91 gündən 3 ilə qədər həbsə məhkum olunub.

Səkkiz milli fəal fərqli fəaliyyətlər üzündən həbs və mühakiməyə məruz qalsalar da, məhkəmədə bənzər ittihamlarla üzləşib.

Rooz OnlineGünaz TV veb səhifələrinin yazdığına görə, Hüseyn Əli Məhəmmədi, Taha Kirmani, Rəsul Rəzəvi, Daryuş Əndəlibiyan, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahimi “rejimə qarşı təbliğat aparmaq”, “Pantürkist fəaliyyətləri” və “qanunsuz qruplara üzvlük” də ittiham edilib.

Şərqi Azərbaycan apellyasiya məhkəməsinin təsdiq etdiyi hökmə görə, Hüseyn Əli Məhəmmədi və Taha Kirmani 3 il, Rəsul Rəzəvi isə 1 il müddətinə azadlıqdan məhrum edilib.

Güney Azərbaycan Televiziyası təbrizli fəalların Traktorsazi futbol komandası ilə bağlı fəaliyyətlərinə görə həbs və mühakiməyə məruz qaldıqlarını bildirir.

Rooz Online-ın yaydığı məlumata görə, qoşaçaylı fəallar isə ötən ilin dekabr ayında İranda Qərbi Azərbaycan vilayətinin Qoşaçay (Miyandab) şəhərində Azərbaycan Milli Hökümətinin ildönümünü qeyd etdikləri üçün mühakimə ediliblər.

Qərbi Azərbaycan apellyasiya məhkəməsinin çıxardığı hökmə görə, Daryuş Əndəlibiyana qarşı çıxarılan 9 ay, Həbib Mənafi Azər, Cavad Sudbər, Yusuf Muxtari və Muxtar İbrahiminin isə 3 ay və bir gün həbs hökmləri qətiləşib.

XS
SM
MD
LG