Accessibility links

Həbsdə olan Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədi xəstəxanaya yerləşdirilib


Nərgiz Məhəmmədi
Nərgiz Məhəmmədi

Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin həyat yoldaşı Amerikanın Səsinə bu həftənin əvvəlində həbsdə aclıq aksiyasına başlayan iranlı hüquq müdafiəçisinin xəstəxanaya yerləşdirildiyini bildirib.

Tağı Rəhmani deyib ki, Məhəmmədi tibbi müayinə üçün Tehranın Evin həbsxanasından xəstəxanaya aparılıb.

Digər məhbuslar da olmaqla, 51 yaşlı Məhəmmədi tibbi yardım almalarına imkan verilmədiyinə və ölkədə məcburi hicab qanununa etiraz olaraq aclıq aksiyasına başlamışdı.

Aclıq aksiyasına başladıqdan sonra Nobel Komitəsi, Olof Palme Fondu və Amerika PEN Assosiasiyası Məhəmmədinin səhhəti ilə bağlı dərin narahatlıqlarını ifadə edib.

Nobel Komitəsinin rəhbəri Berit Reyss-Andersen 2023-cü il Nobel Sülh Mükafatı laureatının durumuna görə dərin narahatlığını ifadə edən bəyanat yayıb. Bundan əlavə, o, İran hökumətinə Məhəmmədi və digər məhbus qadınlara lazımi tibbi yardım göstərilməsi üçün təcili tədbirlər görməsi ilə bağlı sərt xəbərdarlıq edib.

Məhəmmədi insan haqları üzrə fəallığına 1990-cı illərdə, fizika fakültəsinin tələbəsi olarkən başlayıb və ilk dəfə 2011-ci ildə həbsdə olan fəallar və onların ailələri ilə işinə görə həbs edilib.

Sonradan İranın edam cəzasına, işgəncələrə və siyasi məhbuslara, xüsusən də həbsdə olan qadınlara qarşı cinsi zorakılıqla bağlı diqqəti cəlb edən etirazları onun daha çox həbsləri ilə nəticələnib.

Məhbuslar arasında lider olan Məhəmmədi 22 yaşlı Məhsa Əmininin polis nəzarətində öldürülməsinə etiraz etmək üçün İran küçələrinə çıxan nümayişçilərə dəstək ifadə edib. Həbsxana rəsmiləri Məhəmmədiyə zənglərə və ziyarətçilərlə görüşə qadağa qoysa da, Əmininin ölümündən düz bir il sonra o, yazdığı məqalənin ölkədən gizli yolla çıxarılmasına və sentyabrın 16-da The New York Times qəzetində dərc edilməsinə nail olub.

Son məhkəmə işində o, "hökumət əleyhinə təbliğat" ittihamı ilə 10 il müddətinə azadlıqdan məhrum edilib. O, cəzasını Tehrandakı Evin həbsxanasında çəkir.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. İsrailin baş naziri müharibə kabinetini buraxıb
please wait

No media source currently available

0:00 0:12:28 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukrayna sülh sammiti. Azərbaycan və İran münasibətlərinin perspektivi.
please wait

No media source currently available

0:00 0:30:08 0:00
XS
SM
MD
LG