Accessibility links

İranın Evin həbsxanasında həbsdə olan alim oturaq etiraz aksiyasına başlayıb


Məcburi baş örtüyü olmadan ictimaiyyətə görünməkdə ittiham olunan tanınmış iranlı alim və fəal Sidiqə Vasmagi ailəsi ilə həftəlik ziyarətə icazə verilməməsinə qarşı Tehranın Evin həbsxanasında oturaq etiraz aksiyası keçirib.

Keçmiş Twitter olan X-ın "Nargiz üçün" hesabında həbsdə olan həmkarı və Nobel Sülh Mükafatı laureatı Nərgiz Məhəmmədinin Vasmaginin etirazına dəstək əlaməti olaraq, ona qoşulduğu və hər iki qadının həbsxana gözətçilərinin ofisində oturaq aksiya keçirdiyini bildirilib.

Məhəmmədi 2021-ci ilin martından bəri beş dəfə ittiham olunub. Onlardab üçü həbsdə olarkən həyata keçirdiyi fəallığa görə olub. Bu müddət ərzində o, 12 ildən çox həbs cəzasına məhkum edilib.

Rəsmilər İranın məcburi hicab qaydalarına riayət etməməsini əsas gətirərək, Vasmaginin ailəsinin onu ziyarət etmək hüququndan məhrum edib. Martın 16-da evində mülki geyimli zabitlər tərəfindən həbs edilən Vasmagi "kiber məkanda sistem əleyhinə təbliğat aparmaq" və ictimaiyyət qarşısına "hicabsız çıxmaq" ittihamları ilə üzləşib.

İllərdir baş örtüyü qaydasına riayət etsə də, Vasmagi açıq şəkildə İslam Respublikasının hicab qanununa qarşı çıxıb, sosial şəbəkələrdə hökumətin hicabla bağlı cinayətlərə və qadınlara qarşı repressiyalarını pisləyən şəkillər və mesajlar yerləşdirib. O həmçinin ictimai yerlərdə baş örtüyü olmadan görünüb.

Vasmagi eləcə də ali dini rəhbər Ayətullah Əli Xamneyini dəfələrlə tənqid edib, onu diktator adlandırıb və ölkənin "zalım" rəhbərliyini pisləyib.

İnsan Haqları Fəallarının xəbər agentliyi (HRANA) Vasmaginin ailəsinə yaxın mənbəyə istinadən xəbər verir ki, martın 24-də ona ikinci dəfə ailəsi ilə görüşməyə icazə verilməyib.

Bildirilir ki, səhhətinin pisləşməsinə baxmayaraq, Vasmagi ağır həbs şəraitinə saxlanır. O, həm həbsxananın ərazisində, həm də həbsxanadan kənardakı xəstəxanalarda tibbi yardım almaqdan məhrum edilib.

Forum

XS
SM
MD
LG