Accessibility links

Jak Şirak dəfn edildi


Fransanın sabiq prezidenti Jak Şirakı son mənzilə yola salmaq üçün Parisə bir sıra dünya ölkələrinin lideri toplaşıb. Hərbi orkestrin ifa etdiyi Fransa himni altında prezident Emmnuel Makron qüvvələri yoxlayıb.

Dövlət başçıları və siyasətçilər arasında Rusiya prezidenti Vladimir Putin, ABŞ-ın sabiq prezidenti Bill Klinton, İordaniya kralı II Abdulla, Almaniyanın sabiq kansleri Gerhard Şroyder olub.

Şirak 1974-1976 və 1977-1986-cı illərdə Fransanın baş naziri, 1988-1995-ci illərdə Paris şəhərinin meri, 1995-2007-ci illərdə isə Fransa prezidenti olub.

2 müddətə prezident olmuş Jak Şirak 86 yaşında dünyasını dəyişib. O, Fransanın Holokostda rolunu etiraf edən ilk lideri olmuş və 2003-cü ildə ABŞ-ın İraqa işğalına qarşı çıxmışdı.

Prezident toxunulmazlığını itirdikdən sonra ona Parisin meri olduğu dönəmdə mənimsənə və dövlət vəsaitində sui-istifadə ittihamları irəli sürülüb.

Şirak son illər ictimaiyyət arasında görünmürdü. Belə ki, onun xəstəlikdən əziyyət çəkdiyi bildirilirdi.

Fransanın sabiq dövlət başçısı 86 yaşında vəfat edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Azərbaycan mətbuat azadlığı indeksində 13 pillə geriləyib
please wait

No media source currently available

0:00 0:13:30 0:00

Amerika İcmalı

Amerika İcmalı. Beynəlxalq Mətbuat Azadlığı Günü - Azərbaycanda medianın durumu.
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG