The New York Post’s Page Six-ə istinadən Nyu-York festivalında pərəstişkar kütləsi qarşısında çıxış edən aktyor: “Ceyms Bond rolunu ifa etmək dünyada ən yaxşı işdir” - deyib. Və bu rolu başqa kiməsə verməyin yanlışlıq ola bildiyini deyib.
Qəribədir… hələ 2015-ci ildə Kreiq Red Bulletin jurnalına pərəstişkarların Ceyms Bond obrazından yaxşı heç nə öyrənmədiklərini və bu obrazın qadınlara nifrət edən şəxs olduğunu deyib.
Bundan sonra Time Out London-a Bond rolunu bir də ifa etməkdənsə şüşəni sındırıb damarımı kəsməyə üstünlük verərdim demişdir.
Amma bundan sonra deyilənə görə 2016-cı ilin senyabrında Kreiqə Bond filminin növbəti iki hissəsində çəkilməsi qarşılığında 150 milyon dollar təklif ediblər.
Əlbəttə, bundan sonra o bu filmi dünyada ən yaxşı film kimi xatırlayacaq.