Accessibility links

İnterpol : Amerikalı jurnalistin qətli qlobal koordinasiyaya ehtiyacı nümayiş etdirir


İnterpol bildirib ki, islamçılar tərəfindən amerikalı jurnalistin qətli xarici döyüşçülərlə mübarizə səylərinin qlobal şəkildə koordinasiyana ehtiyac duyulduğunu nümayiş etdirir.

Beynəlxalq polis Ceyms Folinin başının kəsilməsinin dəhşət doğurduğunu, bunun İraq və Suriyada fəaliyyət göstərən İslam Dövləti qrupunun vəhşiliyinə işarə olduğunu bildirib.

GlobalPost Folinin ölümündən əvvəl yaraqlıların onun azad edilməsi müqabilində 132 milyon dollar tələb etdiklərini bildirib. Xəbər agentliyinin sözçüsü tələbin Amerikan təhqiqatçılarına verildiyini deyib.

Lakin ABŞ əlavə oğurluqların təşviq edilməməsi məqsədi ilə müharibə zonalarında girov götürülənlərin azad edilməsinə pul ödəmir.

Pentaqon başı kəsilən jurnalist Ceyms Foli də daxil edilməklə, Suriyadakı İslam Dövləti yaraqlılarının oğurladığı ABŞ vətəndaşlarını xilas etməyə çalışdığını, lakin buna nail ola bilmədiyi üçün təəssüfləndiyini deyib.

Suriyada baş verənləri işıqlandırmaq üçün 2012-ci ilin noyabrında bu ölkəyə gedən Ceyms Foli yoxa çıxmış və çərşənbə axşamı onun başının kəsildiyi video nümayiş etdirilənə qədər ondan heç bir xəbər yox idi.

Birləşmiş Ştatlar rəsmiləri prezident Barak Obamanın bu yayın əvvəlində xilasetmə əməliyyatına göztəriş verdiyini, lakin girovların yerinin dəyişdirildiyinə görə əməliyyatın baş tutmadığını bildirib. Həmin əməliyyat zamanı ABŞ hərbiçiləri ilə İslam Dövləti yaraqlıları arasında atışma olduğu və bir amerikalı əsgərin yaralandığı dedilir.

Ceyms Folinin başını kəsən İslam Dövlətinin döyüşçü ingilis dilində Britaniya ləncəsində danışdığı üçün Britaniya polisi onun kim olduğunu müəyyən etməyə çalışır.

İslam Dövlətinin yaraqlıları nümayiş etdirilən videoda 2013-cü ilin iyul ayında Suriyada yoxa çıxmış digər ABŞ müxbiri Stivin Sotlovu öldürəcəkləri ilə hədələyib.

XS
SM
MD
LG