Accessibility links

Vaşinqtonda "Azərbaycan və onun tərəfdaşları" mövzusunda konfrans keçirilib


Vaşinqtonda Ceymstaun fondunda “Azərbaycan və onun regional, Avropa və translantik tərəfdaşları” mövzusunda konfrans keçirilib.

Konfransda ABŞ-Azərbaycan strateji tərəfdaşlığı, ABŞ-ın Trans-Xəzər regionunda siyasəti, Azərbaycanın region ölkələri ilə münasibətləri və beynəlxalq əlaqələri, Dağlıq Qarabağ münaqişəsinin həll olmamasının regional təsirləri kimi geniş mövzular müzakirə olunur. Tədbirdə ABŞ-ın Cənubi Qafqaz regionunda siyasətinin keçmişi və gələcəyi mövzusunda ABŞ-ın Azərbaycandakı keçmiş səfiri, Tallində Beynəlxalq müdafiə araşdırmalq mərkəzinin direktoru Metyu Brayza məruzə ilə çıxış edib.

Brayza Azərbaycan Amerika münasibətlərinin gələcək perspektivləri, ABŞ-ın Azərbaycanda strateji maraqları, Daqlıq Qarabağ münaqişəsinin nizamlanması prosesindən danışıb. O, Azərbaycan cəmiyyətinin bugünkü durumunu təhlil edərək, ölkədə hakimiyyət strukturlarının bir qrupun əlində cəmləşməsi faktını qeyd edərək, gənc nəslin bu vəziyyətlə razılaşmadığının şahidi olduğunu bildirib. “Ölkədə gənc dinamik gənclər var. Onlar beynəlxalq şirkətlərdə, enerji, telekommunikasiya sektorunda işləmək kimi imkanların olduğunu bilir və etirazlarını küçələrdə bildirmək üçün bu imkanlardan imtina edib-etməməyi düşünürlər. Fikrimcə, Ərəb baharı dövrü etiraz dalğasının böyüməsinin qarşısını saxlayan da məhz həmin bu hesablamalar olub. Lakin bu nə vaxta kimi belə davam edəcək?”-deyə Metyu Brayza sual edib.

ABŞ-ın regionda strateji maraqlarından danışan Brayza qeyd edib ki, indiyə qədər bunun təhlükəsizlik, demokratik islahatlar və enerji kimi üç istiqamətə yönəldiyi qəbul edilirdi. Onun sözlərinə görə, enerji hər zaman başlıca prioritet kimi götürülsə də, indi regionda iqtisadiyyatın dinamik inkişafı diqqətin məhz bu sahəyə yönəlməsini tələb edir. O, Azərbaycan və Gürcüstanın strateji tərəfdaşlıq münasibətlərinin Əfqanıstanda maraqlar üzərində qurulmasına çalışdığını qeyd edib. Brayzanın bildirdiyinə görə,
bu təhlükəsizlik dəhlizinin indi kommersial dəhlizə çevrilməsi prosesi gedir.

Lakin Metyu Brayza regionun inkişafı qarşısında ən böyük maneənin Dağlıq Qarabağ münaqişəsinin indiyə qədər nizamlanmaması olduğunu qeyd edib. O, Azərbaycanın xüsusilə aqrar sahədə iqtisadi divertifikasiyası imkanlarının məhdudlaşdır;lmasını göstərərək, münaqişənin həll olmamasının təhlükəsizliklə yanaşı, iqtisadiyyata vurduğu zərərin ölçülməz olduğunu bildirib. Minsk qrupunun fəaliyyətindən danışan Metyu Brayza qrupun münaqişənin nizamlanmasında əsaslı dönüş yarada bilmədiyini etiraf edib, lakin o bütünlükdə danışıqlar prosesinin müsbət bir təcrübə olduğunu deyib.

Dünyaya Baxış

Dünyaya Baxış. COP29-un Liderlər Sammiti başlanıb
please wait

No media source currently available

0:00 0:10:59 0:00
XS
SM
MD
LG