Accessibility links

Jan Klod Minyon: Azərbaycanda insan hüquqları ilə bağlı vəziyyət narahatlıq doğurur


Azərbaycanda vəziyyət narahatlıq doğurur. Bu mövzuya Büronun iclasında toxunulub və sessiya zamanı da müzakirə olunacaq. Bu barədə AŞPA rəhbəri Jan Klod Minyon bugünkü mətbuat konfransında Monitorinq Komitəsi məruzəçilərinin qeyri-obyektivliyinə görə geri çağırılması ilə bağlı Azərbaycan müxalifətinin müraciətini alıb-almaması barədə sualın cavabında bildirib.
“Mən hələlik belə müraciət almamışam. Lakin ölkədəki vəziyyətdən xəbərim var. Təşkilat üzvü olan istənilən ölkədə bu cür vəziyyət narahatlıq doğurur və məsələyə baxılacaq. İlk növbədə söhbət insan haqları ilə bağlı vəziyyətin qənaətbəxş olmamasından gedir”, - o vurğulayıb.
Məruzəçilərin geri çağırılmasına gəlincə, bu qərarı yalnız Minyon qəbul edə bilməz, bu qərar AŞPA-nın və Andres Herkelin rəhbərlik etdiyi Monitorinq Komitəsinin preroqatividir, - o əlavə edib.
Turan Agentliyinin məlumatına görə, cənab Minyon Azərbaycan həbsxanalarında 7 jurnalistin olduğunu bildirib.
“AŞ jurnalistlərin azadlığa buraxılması, sərbəst və rahat fəaliyyət göstərə bilməsi üçün mümkün olan hər şeyi edəcək. AŞ üzvü olan ölkədə jurnalistin həbsdə olması, üstəlik işgəncələrə, təqiblərə məruz qalması tamamilə yolverilməzdir. Bütün bu məsələləri müzakirə edirik və diqqət mərkəzindədir”, - deyə o bildirib.
Siyasi məhbuslar üzrə məruzəçi Kristofer Ştrasserin Azərbaycana gələ bilməməsi bağlı sualın cavabında cənab Minyon deyib ki, K.Ştrasser mətbuat konfransı keçirəcək və öz missiyasına dair sualları ətraflı cavablandıracaq. Öz növbəsində, AŞPA rəhbərliyi qarşıya qoyulan vəzifənin uğurla həyata keçirilməsi üçün mümkün olan dəstəyi göstərəcək.

Dünyaya Baxış

Dünyaya Baxış. Antoni Blinken Kyivə əvvəlcədən elan olunmamış səfər edib
please wait

No media source currently available

0:00 0:13:47 0:00
XS
SM
MD
LG