Accessibility links

Janna Kavelye: "Azərbaycandakı vəziyyət bizi çox narahat edir"


Janna Kavelye: "Azərbaycandakı vəziyyət bizi çox narahat edir"
please wait

No media source currently available

0:00 0:04:42 0:00

Sərhədsiz Reportyorlar Təşkilatı (RSF) aprelin 21-də illik mətbuat azadlığı reytinqini açıqlayıb. Hesabatda 180 ölkədəki vəziyyət təhlil edilib. Azərbaycan ardıcıl olaraq bir neçə il əvvəl olduğu kimi, mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Təşkilatının Şərqi Avropa və Orta Asiya bürosunun rəhbəri Janna Kavelye Amerikanın Səsinə müsahibəsində Azərbaycanda mətbuat azadlığı, jurnalistlərə qarşı təqiblərdən danışıb.

Amerikanın Səsi: Sərhədsiz Reportyorlar Təşkilatı bu yaxınlarda 2020-ci il üçün mətbuat azadlığı indeksini açıqlayıb və həmin indeksdə Azərbaycan mətbuatın vəziyyətinin çox pis olduğu ölkələr arasında yer alıb. Bunun səbəbi nədir​?

Janna Kavelye: Bəli, Azərbaycan, reytinqdə aşağı sıralardadır. 180 ölkə arasında 168-ci yerdədir. Və ötən ilki reytinqlə müqayisədə bu il iki pillə geriləyib. Ötən ilin sonu Əli Həsənovun vəzifədən çıxarılmasından sonra bizdə dəyişikliyin olacağıına dair ümid yaranmışdı, çünki prezidentin müşaviri olan Əli Həsənov medianın senzura başçısı olaraq görülüdü. Amma rəsmilər jusrnalistləri qoruyacaqlarına dair sözlərini tutmurlar. Onlar beynəxalq çağırışlara məhəl qoymurlar və mətbuat azadlığı ilə söz azadlığını boğmağa davam edirlər. Müstəqil jurnalistlər və blogerlər həbs və şantaj olunurlar. Onlar əsassız ittihamlarla həbs olunurlar. Ona görə də, Azərbaycandakı vəziyyət bizi çox narahat edir.

Amerikanın Səsi: Azərbaycan bu il keçən illə müqayisədə 166-cı yerdən 168-ci yerə geriləyib. Bu geriləməni nə ilə izah edə bilərsiniz​?

Janna Kavelye: Biz deyə bilərik ki, hətta ölkə sərhədlərindən kənarda yaşayan jurnalistlər belə təqib edilir və şantaj olunur. Azərbaycanda azı beş jurnalist həbsdədir. Bundan əlavə bəzi müstəqil vebsaytlara çıxış blok olunub. Rəsmilər tərəddüd etmədən jurnalistləri həbs edirlər. Məsələn parlament seçkiləri zamanı azı 18 jurnalistin işi məhdudlaşdırılmışdı və onlar hətta gördükləri işə görə fiziki hücumlara belə məruz qalmışdılar. ​

Amerikanın Səsi: Son bir neçə ayda, pandemiyanın başladığı zamandan bəri bir neçə jurnalistlə yanaşı o cümlədən siyasi fəallar da həbs olnub, təqib edilib. Sizcə bu təqiblərin arxasındakı səbəb nədir?

Biz rəsmiləri mətbuat azadlığı və söz azadığına hörmət etməklə imiclərini yaxşılaşdırmağa çağırırıq. Əgər onlar mətbuat azadlığına hörmət etmək üçün səy göstərsələr, bu, onlara çok kömək edəcək.  

Janna Kavelye: Problem ondadır ki, koronavirus böhranı ölkədə senzuranı gücləndirir. Hökümət jurnalistləri hədəf almaq üçün karantin tədbirlərindən sui-istifadə edir. Bizim müşahidə etdiyimiz budur. Məsələn ötən həftə Azadlıq qəzetinin jurnalisti Səadət Cahangir saxlanılmışdı. O, müxalif lideri ilə müsahibə etmədən qısa müddət öncə saxlanılmışdı və koronavirus rejimini pozduğuna görə cərimələnmişdi. Amma bu açıq-aydır əsassız ittihamdır, çünki qanuna əsasən jurnalistlər karantin müddətində də fəaliyyətlərini davam etdirə bilərlər. Bundan üç gün sonra qaz idarəsinin işçiləri olduqlarını söyləyən prokurorluq əməkdaşları onun evinə daxil olaraq axtarış aparıb. O, səkkiz saat dindirilib və onun vəkil çağırmağına belə icazə verilməyib. Təbii ki, biz onun qanunsuz şəkildə saxlanılmasını qınayırıq.

Bir digər nümunə Natiq İsbatovdur. Bu frilans müxbir işsizlik idarəsinin önündə etiraz aksiyasını işıqlandırarkən saxlanılıb və karantin rejimini pozduğuna görə 30 sutka inzibatı həbsə məhkum edilib.

Əslində koronavirus epidemiyası başlayandan bəri rəsmilər dəfərlərlə epidemiya ilə bağlı məlumatlara nəzarə etmək niyyətlərini ifadə ediblər. Biz düşünürük ki, məlumat qanununa edilən dəyişikliklər, martin 17-də qəbul edilən dəyişikliklər mətbuat azadlığı üçün çox təhlükəlidir. Rəsmilər onlayn media sahiblərini qeyri-dəqiq və təhlükəli məzmun yaratmaqda ittiham edə bilərlər. Bu da böhranı işıqlandırmağı çətinləşdirir.

Bundan əlavə jurnalistlər koronavirus pandemiyası ilə bağlı rəsmi məlumatlardan, fevral ayında yaradılan xüsusi karantin idarəsindən gələn rəsmi məlumatlardan istifadə etmək təzyiqi ilə üzləşirlər. Hətta soaial media istifadəçiləri belə saxta adlandırılan məlumatları paylaşa bilməzlər. Bu, bizi çox narahat edir.

Amerikanın Səsi: Beynəlxalq ictimaiyyət bu təqiblərin qarşısını almaq üçün nələr edə bilər?

Janna Kavelye: Biz xarici ölkələri, xüsusilə də Azərbaycanla kommersiya əlaqələri olan Avropa ölkələri tərəfindən beynəlxalq təzyiqin olunmasına çağırırıq. Biz rəsmiləri mətbuat azadlığı və söz azadığına hörmət etməklə imiclərini yaxşılaşdırmağa çağırırıq. Əgər onlar mətbuat azadlığına hörmət etmək üçün səy göstərsələr, bu, onlara çox kömək edəcək.

Amerika İcmalı

Amerika İcmalı - 11 Sentyabr hücumlarının 20-ci ildönümü
please wait

No media source currently available

0:00 0:30:02 0:00
XS
SM
MD
LG