A look at the best news photos from around the world.
Günün fotoları
Dünyadan görüntülər

1
Avstriya - İdmançılar Tirol bölgəsində 15 km. məsafəyə xizəksürmə üzrə dünya çempionatının yarışlarından əvvəl məşq edir.

2
İran - Xarici İşlər Naziri Məhəmməd Cavad Zərif Tehranda Talibanın siyasi lideri Molla Əbdül Qani Baradar ilə görüşür.

3
Suriya - Hələb vilayətində üsyançıların nəzarətində olan şimal bölgəsində Azaz qəsəbəsində partlayışdan sonra insanlar hadisə qurbanın cəsədini daşıyır.

4
Rusiya - Polis əməkdaşları Vladivostokda müxalifət lideri Aleksey Navalnının həbs olunmasına etiraz olaraq keçirilən aksiya iştirakçısını saxlayır.