Accessibility links

Yaponiya hökuməti Şərqi Çin dənizində mübahisəli adalar qrupunu almağa razılaşıb


Yaponiya hökuməti Çinlə cərəyan edən ərazi mübahisəsi əsnasında Şərqi Çin dənizində bir qrup ada almağa razılaşıb.

Yaponiya mətbuatı məlumat verir ki, mərkəzi hökumət fərdi yapon sahibkarlara üç əsas adaya görə 26 milyon dollar pul ödəyəcək.

İnsanların məskunlaşmadığı adalar Yaponiyanın nəzarəti altındadır. Lakin Çin və Tayvan hökumətləri bu adalara iddialıdır. Adaların böyük neft yataqları üzərində oturduğu deyilir.

Yaponiya nazirlər kabinetinin baş katibi Osamu Fucimura Tokyonun adalara sahib olan yaponiyalı ailələrlə müqavilə bağladığını təsdiqləməyib. Lakin o, danışıqların aparıldığını deyib.

Bu ilin əvvəlində Tokionun millətçi qubernatoru Şintaro İşihara metropoliten hökumətinin adaları almasını təklif edərək bildirmişdi ki, Yaponiya liderləri ərazini Çin iddialarından müdafiə etmək üçün kifayət qədər iş görmür.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG