Accessibility links

İordaniya: Pilot Muəs Əl-Kasabehin sağ olduğu təsdiq edilməsə, qadın kamikadze Səjidə Əl-Rişavinin azadlığa buraxılması mümkün olmayacaq [Fotoqalereya]


İordaniyanın hökumət nümayəndəsi Məhəmməd Əl-Mömani bildirib ki, İslam Dövləti tərəfindən ələ keçirilən pilot Muəs Əl-Kasabehin sağ olduğu təsdiq edilməsə, qadın kamikadze Səjidə Əl-Rişavinin azadlığa buraxılması mümkün olmayacaq.

İslam Dövləti qrupunun yapon jurnalistin səsi olduğu deyilən yeni audio mesajda Əmmanın cümə axşamı günəş batanadək intiharçı qadını azad etmədiyi təqdirdə yaraqlıların ələ keçirdiyi İordanıya pilotunun da başının kəsiləcəyi deyilir.

Hazırda Yaponiya və İordaniya rəsmiləri audiodakı səsin yaponoyalı jurnalist Kenci Qotoya məxsus olduğunu müəyyən etməyə çalışır.

Audio-mesajda Qoto olduğunu deyən şəxs terrorçu Sacidə Əl-Rişavi cümə axşamı günün axırınadək Türkiyə sərhədinə gətilimədiyi təqdirdə İordaniya pilotu Müat Əl-Kəsiaşinin dərhal qətlə yetiriləcəyini deyib.

Çərşənbə günü İordaniya İslam Dövləti yaraqlılarının əlində olan pilotla İordaniyada həbsdə olan terrorçu qadının mübadiləsinə hazır olduğunu demişdi. Lakin açıqlanan səs yazısı girov mübadiləsində girovlardan hansınınsa dəyişdiriləcəyini vəd etməyib.

Dünyaya Baxış

Dünyaya Baxış. Avropa Parlamenti Ukraynaya Aİ-yə namizəd statusu verib
please wait

No media source currently available

0:00 0:11:12 0:00
XS
SM
MD
LG