Accessibility links

Yaponiya Rusiyaya qarşı sanksiya siyahılarını genişləndirib


Yaponiya işğal olunmuş Ukrayna ərazilərində keçirilən psevdo-referendumlara cavab olaraq, Rusiyaya qarşı sanksiya siyahısını genişləndirib. Ölkənin Maliyyə Nazirliyinin məlumatına görə, siyahıya Rusiya Federasiyasının 80 fiziki şəxsi və 9 təşkilatı daxildir.

Məhdudiyyətlər xüsusilə Çeçenistan rəhbəri Ramzan Kadırovun ailəsi - qızları Ayşat, Hadijat və Təbarik, habelə Kadırovun həyat yoldaşı Medni daxildir. Sihayıda eləcə də Yaponiya Maliyyə Nazirliyinin Kadırovun yaxın ətrafı hesab etdiyi - Çeçenistan gözəllik müsabiqələrinin iştirakçısı Fatimə Xazuyeva və müğənni Əminat Əhmədovanı əhatə edir.

Sanksiyalar həmçinin Rusiyanın müdafiə naziri Sergey Şoyqunun həyat yoldaşı və qızlarına, Baş nazir Mixail Mişustinin həyat yoldaşı və oğullarına, Təhlükəsizlik Şurasının üzvü Dmitri Medvedevin ailəsi, Svetlana və İlya Medvedevlərə də tətbiq olunur.

Bundan başqa Yaponiya sanksiyaları Russia TV-nin rəhbəri Marqarita Simonyana, Milli Media Qrupunun direktorlar şurasının rəhbəri Alina Kabayevaya, “Gecə qurdları” velosiped klubunun rəhbəri Aleksandr Zaldostanova, iş adamları Dmitri Pumpyanski və Viktor Raşnikova qarşı tətbiq edir.

Məhdudiyyətlərə “Kalaşnikov” və “Sozvezdye” konsernləri, “Ruselectronics” holdinqi, “UEC-Klimov ASC” səhmdar cəmiyyəti, “Yantar” and “More” gəmiqayırma zavodları və “United Engine Corporation” (Rostec dövlət korporasiyasının bir hissəsi) daxildir.

Yaponiya Ukraynadakı müharibəyə görə Rusiyaya qarşı sanksiyaları ardıcıl olaraq genişləndirir. Sentyabrın sonunda 21 Rusiya şirkəti sanksiyalar siyahısına əlavə edilib. Bundan əlavə, Yaponiya “Rusiya Federasiyasında kimyəvi silahlarla bağlı mal və materialların” ixracına embarqo qoyub.

Rusiyanın 300-ə yaxın şirkəti və təşkilatı artıq Yaponiya sanksiyalarına məruz qalıb. Yaponiya hökuməti VTB, Sberbank, Otkritie Bank, Promsvyazbank, VEB.RF və Alfa-Bankın aktivlərini dondurub.

Rusiyaya yüksək texnoloji avadanlıqların, eləcə də 3D printerlərin, kvant kompüterlərinin və mikroskopların ixracı qadağan edilib. Bundan əlavə, Yaponiya hökuməti Rusiya qızılının idxalına da embarqo qoyub.

XS
SM
MD
LG