Accessibility links

Yaponiyanın sabiq Baş Naziri Şinzo Abe qətlə yetirilib


Şinzo Abe

Tibb rəsmilərinin bildirdiyinə görə, Yaponiyanın müharibədən sonrakı ən görkəmli siyasi xadimlərindən biri, keçmiş baş nazir Şinzo Abe cümə günü seçki kampaniyasında çıxışı zamanı döş qəfəsinə vurulan güllə ilə öldürülüb.

67 yaşlı Abe əl istehsalı tapança ilə vurulduqdan sonra aldığı yaradan Nara prefekturasındakı xəstəxanada dünyasını dəyişib.

Abe yerli vaxtla səhər saat 11:30 radələrində Osakanın şərqindəki Nara şəhərində qatar stansiyasının yaxınlığındakı küçədə kiçik bir kampaniya tədbirində danışan zaman bir nəfər ona yaxınlaşaraq iki dəfə atəş açıb.

Sosial mediada yayımlanan videolarda Abenin yerdə hərəkətsiz uzandığını, ağ tüstü arasında ətrafdakıların ona yardım etməyə çalışdıqlarını görmək olub.

Xəstəxana rəsmiləri Abenin xəstəxanaya çatdırıldıqdan sonra həyati əlamətlər göstərmədiyini bildirib. Həkimlər qanaxmanı dayandırmağa və qan köçürməyə çalışsalar da, Abenin saat 17:03-də öldüyü elan edilib. Həkimlərin dediyinə görə, güllələrdən biri Abenin ürəyinə, digəri isə boynuna dəyib.

Atəş açdığı iddia edilən, Nara şəhərindən olan 41 yaşlı şəxs həbs edilib. NHK dövlət televiziyası həmin şəxsin adının Tetsuya Yamaqami olduğunu və onun Yaponiya Özünümüdafiə Qüvvələrində üç il xidmət etdiyini bildirib. NHK əlavə edib ki, o, polisə Abedən narazı olduğunu və onu öldürmək istədiyini deyib.

Şübhəlinin saxlanılmasından sonrakı videoda küçədə iki qalın lüləsi olan və qutuya bənzər silahın olduğu nümayiş etdirilib. Media xəbərlərində silahın əldə hazırlanmış olduğu deyilib. Yaponiyada sərt silah qanunları olduğu üçün silah almaq demək olar ki, qeyri-mümkündür.

Abenin ölümü Yaponiya siyasətində boşluq yaradacaq. Həm hakimiyyətdə olduğu iki müddət ərzində, həm də ondan sonra Abe ölkənin inkişaf istiqamətinə böyük təsir göstərib. O, Çinin artan gücünə qarşı durmağın və ölkəsinin hərbi büdcəsini artırmağın əsas tərəfdarlarından idi.

Dünyaya Baxış

Dünyaya Baxış. Krımdakı vurulan Rusiya aviabazasının peyk görüntüləri yayımlanıb
please wait

No media source currently available

0:00 0:08:59 0:00
XS
SM
MD
LG