Accessibility links

Yaponiyada tropik fırtına daşqınlara və dağıntılara səbəb olub


Çərşənbə axşamı Yaponiyanın mərkəzi və qərbinə güclü yağış və güclü küləklərlə gələn tropik fırtına daşqınlara və elektrik enerjisinin kəsilməsinə səbəb olub və bir çox insanın Buddist bayramı həftəsi səyahət etdiyi zaman hava və yerüstü nəqliyyatı iflic edib.

Yaponiya Meteorologiya Agentliyinin məlumatına görə, Lan fırtınası səhər tezdən zəifləyərək, Vakayama vilayətinin mərkəzi prefekturasındakı Şionomisaki burnu yaxınlığında quruya çatıb.

Fırtına çərşənbə axşamı günortadan sonra Fukuşiyama şəhərinin cənubunda çatıb və saatda 90 km. sürətli küləklə şimala doğru irəliləyib. Yaponiya Meteorologiya Agentliyinin bildirdiyinə görə, fırtınanın daha sonra Yaponiya və Koreya yarımadası arasındakı sular üzərindən keçərək, şərqə, Hokkaydoya doğru istiqamətlənəcəyi gözlənilir.

NHK ictimai televiziyası fırtınanın yoluna yaxın olan beş prefekturada - Hyoqo, Osaka, Kyoto, Şiqa və Vakayamada çoxu yaşlı insanlar olmaqla, 20 nəfərin yaralandığını bildirib.

Fırtına çayların daşmasına səbəb olub, bəzi binalara ziyan vurub və nəqliyyatın hərəkətini iflic edib.

Kyoto prefekturasının şimalındakı Mayizuru şəhərində çayın daşması bəzi evləri palçıqlı su ilə doldurub. Kyotonun cənubundakı Nara şəhərində bir binaya zərər dəyib və Tsuruhaşidəki qatar stansiyasında divarın qismən çökməsi yerli qatarların hərəkətini dayandırıb.

Yerli bələdiyyələr 230 mindən çox sakinə ictimai mərkəzlər kimi daha təhlükəsiz binalara sığınmağı tövsiyə edib.

Forum

XS
SM
MD
LG