Accessibility links

Yaponiyada güclü zəlzələlərdən sonra yüksək səviyyəli sunami xəbərdarlığı ləğv edilib ​


Yaponiya güclü silsilə zəlzələlərdən sonra, bazar ertəsi gecə sunami xəbərdarlığını ləğv etsə də, ölümcül dalğalar hələ də bölgəni vura biləcəyinə görə, qərb sahilləri boyunca sakinlərə evlərinə qayıtmamalarını tövsiyə edib.

Yaponiyanın meteorologiya agentliyi günorta saatlarında İşikava sahillərində və yaxınlıqdakı prefekturalarda Yapon dənizində 10-dan çox zəlzələnin baş verdiyini bildirib. Ən güclü, 7,6 bal gücündəki zəlzələ Yaponiyanın Honşu adasının qərb sahilində baş verib. Yanğınlar olub və binalar uçub. Ölən və ya yaralananların olub-olmadığı məlum deyil.

Hökumət sözçüsü Yoşimasa Hayaşinin bildirdiyinə görə, zəlzələlər nəticəsində azı altı ev dağılıb, insanlar içəridə qalıb. O, İşikava prefekturasının Vacima şəhərində yanğınlar baş verdiyini, 30 mindən çox evin elektriksiz qaldığını bildirib.

Meteorologiya agentliyi əvvəlcə İşikava üçün böyük, Honşu adasının qərb sahilləri, eləcə də əsas Hokkaydo adaları üçün aşağı səviyyəli sunami xəbərdarlığı edib.

Bir neçə saat sonra xəbərdarlıq adi sunami səviyyəsinə endirilib. Bu isə o deməkdir ki, sular hələ də 3 metrə qədər çata bilər və qarşıdan gələn bir neçə gün ərzində eyni ərazini afterşoklar da vura bilər. Hayaşinin sahilyanı ərazilərində yaşayanların mümkün sunamilərdən uzaqlaşmasının vacib olduğu vurğulanıb.

Forum

XS
SM
MD
LG