Accessibility links

Tokioda Ukrayna restoranı


Tokioda Ukrayna restoranı
please wait

No media source currently available

0:00 0:02:43 0:00

Tokioda Ukrayna restoranı

Yaponiyalı aktyor, rəssam və dizayner Tokioda "Smaçnoqo" adlı Ukrayna restoranı açıb. Onun yeganə məqsədi Rusiyanın hərbi müdaxiləsi başlayandan sonra Yaponiyaya evakuasiya edilən ukraynalıları işlə təmin etməkdir.

Tokio restoranları dünyanın hər yerindən yeməklər təklif edir. Ukrayna restoranı isə Yaponiyanın paytaxtında 2022-ci ildə açılıb. "Smaçnoqo" və ya "Nuş olsun" adlanan bu restoranda Yapon üslubuna uyğun Ukrayna yeməkləri təqdim olunur. "Smachnoqo"nun əməkdaşı Natalya Qliqalo: "Ukraynada bu kələm dolmasıdır, lakin biz burada buna rerikabitsu deyirik - yəni kələm rulonu. Biz bunu düyü və pomidor sousu ilə qarışdırılmış qiymə ilə hazırlayırıq".

Bu, burada ən məşhur yeməklərdən biridir.

Digər məşhur seçimlər arasında Ukrayna-Yapon naharıdır və müştərilərə kartof və göbələk, kyivsayağı toyuq təklif edilir, amma həmişə borşla birlikdə verilir.

Yapon aktyoru, rəssamı və dizayneri Takane Ezo "Smaçnoqo"nu 2022-ci ilin sentyabrında açıb. Rusiyanın müdaxiləsindən əvvəl onun Ukrayna yeməkləri haqqında məlumatı yox idi. “Smaçnoqo”nun sahibi Takane Ezo: "Əvvəlcə Ukrayna mətbəxi haqqında heç nə bilmirdim, amma peşəkar aşpazla məsləhətləşdim və restoran açmağa qərar verdim."

Bir çox yerli sakin üçün Ukrayna mətbəxi ekzotik bir şeydir. Nobu: "Ukrayna yeməkləri ilə bağlı təcrübəm yox idi. Müharibədən əvvəl hamımız bunun bir növ rus yeməyinə bənzədiyini düşünürdük. Lakin ilk dəfə buraya gəlib, Ukrayna yeməklərindən, xüsusən də borşdan həzz aldım. Çox dadlıdır."

Ezo deyir ki, restoranın əsl məqsədi təxliyə edilən ukraynalıları işə götürməkdir. Qızının yardımı ilə Dneprdən Yaponiyaya gələn İrina Svidran burada işlədiyi üçün məmnundur. "Bilirsiniz, yaponlar bizi çox səmimi qarşıladı. Mən bunu gözləmirdim. Yaşıma baxmayaraq, Takane san mənə iş verdi və mən burada sərbəst yaşaya bilərəm".

Natalya Qliqalo Yaponiyaya dostunun sponsorluğu ilə gəlib. O, peşman olmadığını deyir. Əsasən işləmək fürsəti olduğuna görə minnətdardır. "Mən qərara gəldim ki, Polşada sosial müavinət almaqdansa burada işləmək daha yaxşıdır. Biz bura köçəndə qızımın da, mənim də işimiz var idi. Burada digər xanımlarla tanış olduq və indi biz kiçik bir ukraynalı ailə kimiyik".

Ezo deyir ki, restoranı açmaqda əsas məqsədi bu ailə hissini yaratmaq idi. O, qazancın onun üçün vacib olmadığını, müharibə bitəndən sonra restoranı bağlayacağını deyir.

Dünyaya Baxış

DB 07 19 2024.mp4
please wait
Embed

No media source currently available

0:00 0:11:52 0:00
XS
SM
MD
LG