Accessibility links

Yaponiyalı iş adamı Xarkiv sakinlərinə pulsuz yemək verir


Fuminori Tsuçiko Yaponiyadan gələn ianələr hesabına Ukraynanın müharibədən zərər çəkmiş Xarkiv şəhərinin sakinləri üçün pulsuz kafe açıb.

Aprelin 27-də yerli sakinlər Xarkivin şimal-şərqindəki Saltivka rayonundakı FuMi Caffe-sinə axışıb.

Xarkiv şəhərinin ətrafı 2022-ci ildə işğalın ilk günlərində Rusiyanın atəşlərinə məruz qalıb. Dağılmış Saltivka əhalisiz qalıb.

Kafeni Fuminori Tsuçiko idarə edir. O, könüllülər komandası ilə birlikdə hər gün açıq üç saat açıq olan kafenin pəncərəsindən təxminən 500 xarkivliyə pulsuz yemək paylayır.

75 yaşlı bu adam deyir ki, yardım əsasən Yaponiyadan gələn ianələr hesabına maliyyələşdirilir.

Tsuçiko ilk dəfə Ukraynaya 2022-ci ilin fevral ayının əvvəlində gəlib.

Rusiyanın genişmiqyaslı işğalına başlamazdan bir müddət əvvəl o, Yaponiya səfirliyinin təkidi ilə Polşaya gedib. Lakin tezliklə Ukraynaya qayıdıb.

Tokio sakini Tsuçiko Rusiya mərmiləri və raketləri yağdığı üçün Xarkiv sakinləri ilə birlikdə yeddi ay şəhərin metro sistemində yaşayıb.

Tsuçiko ukraynalı jurnalistə "Qələbədən sonra Xarkivdə yaşayacağam. Yaponiyada evim yoxdur. Hər şeyi satdım. Ona görə də mən həmişəlik buradayam və Xarkiva yardım edəcəyəm" deyib.

XS
SM
MD
LG