Accessibility links

Cennifer Laurensin halı tamaşanın ortasında pisləşib


Cennifer Laurens böyük ekranda güclü görünə bilər. Amma həyatda aktrisa göründüyü kimi o qədər də güclü deyil.

New York Post's Page Six-ə istinadən aktrisanın tamaşanın ortasında halı pisləşib və ürəyi bulandıqdan sonra o, dəhlizə çıxmalı olub.

Lakin Page Six onun səhnədə baş verənlərə görə xəstələnmədiyini təsdiqləyib. Deyilənə görə səhnənin ortasında Cennifer Laurens yerindən cəld qalxaraq dəhlizə qaçıb.

Bir neçə adam onun dəhlizdə özünü piss etdiyini görüb. Daha sonra tamaşanın keçirildiyi yerdəki işçilər ona yardım göstərib.

Sonradan məlum olub ki, Cennifer hansısa qohumundan xəstəliyə yoluxub.

Page Six yazır ki, şou zamanı bəzi insanlar tamaşanın şok doğuran mövzusuna və ya da ola bilsin Nyu-York şəhərinin teatrında olan istiyə görə huşunu itirib.

Cennifer Laurensə tezliklə sağalmağı arzulayırıq.

XS
SM
MD
LG