Accessibility links

Jerar Depardye Rusiya vətəndaşlığını qəbul etmək üçün Soçiyə gedib


Bu gün Fransız aktyor Jerar Depardye Rusiya prezidenti Vladimir Putinlə görüşmək və Rusiya vətəndaşlığını qəbul etmək üçün Qara dəniz sahilindəki kurort şəhəri olan Soçiyə gedib.

Ötən il dekabrın sonlarında J.Depardye Belçikaya gedib. Aktyor yeni prezident Fransua Ollandın vergi islahatından (ildə bir milyondan çox gəlirə 75% vergi tətbiq edib) sonra yaşayış yerini dəyişmək qərarına gəlib. Sonradan Depardye bildirib ki, Fransa pasportunu təhvil verərək Belçika vətəndaşlığı istəmək niyyətindədir.

Bundan sonra media yazıb ki, Depardye Rusiya vətəndaşlıq ala bilər. Növbəti gün Putin bildirib ki, əgər Depardye Rusiya pasportu almaq istəsə, ala bilər.

Rusiyada standart olaraq gəlirin 13 faizini təşkil edir.

“Rusiya Federasiyası Konstitusiyasının 89-cu maddəsinin “a” bəndinə əsasən 1948-ci ildə Fransada anadan olmuş Jerar Depardye Ksavienin Rusiya vətəndaşlığının qəbuluna dair müraciəti təmin olunsun”, - Kremlin məlumatında deyilir.

Dünyaya Baxış

Dünyaya Baxış. Rusiya Belqorodda Ukraynanın hava hücumunun qarşısını aldığını bildirib
please wait

No media source currently available

0:00 0:12:17 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG