Accessibility links

Cill Bayden Şərqi Avropada ABŞ hərbçiləri ilə görüşüb


ABŞ-ın birinci xanımı Cill Bayden 5 may 2022-ci il tarixində Rumıniya və Slovakiyaya yollanmadan öncə Meriland ştatındakı Endryu Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə danışır.
ABŞ-ın birinci xanımı Cill Bayden 5 may 2022-ci il tarixində Rumıniya və Slovakiyaya yollanmadan öncə Meriland ştatındakı Endryu Hərbi Hava Qüvvələri Bazasında jurnalistlərlə danışır.

ABŞ-ın birinci xanımı Cill Bayden Rusiyanın Ukraynaya qarşı müharibəsi fonunda Vaşinqtonun regiondakı müttəfiqlərinə dəstəyini nümayiş etmək səyləri çərçivəsində Şərqi Avropaya yola düşüb. O, beş günlük səfəri çərçivəsində NATO üzvü Slovakiyaya da gedəcək.

Cill Bayden mayın 6-da Rumıniyanın Konstansa şəhəri yaxınlığında və Ukrayna sərhəddindən təxminən 100 kilometr aralıda yerləşən Mixail Koqalniçanu aviabazasına gəlib.

Son aylarda Şərqi Avropaya yerləşdirilən minlərlə ABŞ əsgərinin bir çoxu həmin bazada qərargahlanıb.

ABŞ-ın hərbi qulluqçuları ilə görüşdən sonra Cil Bayden Buxarestə gedərək mayın 7-də Rumıniya hökumətinin üzvləri, ABŞ səfirliyinin əməkdaşları və didərgin düşən ukraynalı uşaqlarla işləyən müəllimlərlə görüşəcək. Bu haqda onun ofisinin yaydığı açıqlamada məlumat verilib.

Ofisdən həmçinin bildirirlir ki, o, paytaxtda olarkən Rumıniyanın birinci xanımı Karmen İohannis ilə görüşərək “Rumıniyanın əliaçıqlığına və ukraynalı qaçqınlara göstərdiyi dəstəyə görə minnətdarlığını bildirəcək”.

Ruminiyanın ardınca Cil Bayden hökumət rəsmiləri və ABŞ səfirliyinin əməkdaşları ilə görüşmək üçün Slovakiyanın paytaxtı Bratislavaya yola düşəcək.

Səfərə yola düşməzdən əvvəl Bayden Twitter-də yazıb ki, “Analar Gününü (Rusiya Prezidenti Vladimir) Putinin müharibəsi səbəbindən evlərini tərk etmək məcburiyyətində qalan ukraynalı ana və uşaqlarla qeyd etmək üçün Rumıniya və Slovakiyaya gedirəm”.

O həmçinin əlavə edib ki, “Mən ABŞ əsgərlərinə də baş çəkəcək, qonşu ölkələrin və yardım işçilərinin kömək səylərinə görə minnətdarlığımı bildirəcəyəm”.

Rumıniya və Slovakiya Rusiyanın işğalından qaçan yüz minlərlə ukraynalı qaçqına sığınacaq verib.

BMT-nin Qaçqınlar üzrə Ali Komissarlığının məlumatına görə, fevralın 24-də Moskvanın hərbi müdaxiləsindən sonra təxminən 5,5 milyon insan Ukraynanı tərk edib.

Təkcə 29 aprel tarixinə 3 milyondan çox insan Polşaya qaçıb, Rumıniya 817 000, Slovakiya isə 372 000 nəfəri qəbul edib.

XS
SM
MD
LG