Accessibility links

“Jimmy Vestvood” - Amerika qəhrəmanı [Video]


“Jimmy Vestvood” - Amerika qəhrəmanı
please wait

No media source currently available

0:00 0:02:28 0:00

İran mənşəli amerikalı komediya ustası Amerika auditoriyasını özünün bəzi Hollivud stereotipləri ilə Yaxın Şərq xarakterlərindən danışan filmi ilə cəlb etmək istəyir.

Maz Cubraninin “Jimmy Vestvood” filmi müstəqil studiyada çəkilib. Film “Green card” udaraq, Birləşmiş Ştatlara köçən və sonradan “Amerika qəhrəmanı” kimi tanınan iranlının macəralarından danışır. “Biz xilaskar bir gəncdən danışırıq ki. filmin sonunda onun Yaxın Şərqdən olduğu məlum olur. Adətən Amerika filmlərinin onundan 9-da biz Yaxın Şərqlilərin “Səni Allah yolunda öldürəcəyəm” dediyini görürük. Onlar əsasən terrorçular və ya cinayətkarlardır. Lakin biz Amerikada çəkdiyimiz filmimizdə xilaskar oğlandan danışırıq” deyə, rejissor bildirir.

Cubranı və onun həm-müəllifi bu filmin ssenarisini 10 ilə yazıb. Lakin onlar filmi Los-Ancelesdə 18 günə çəkib. Cabrani deyir ki, böyük studiyalardan heç biri bu filmi çəkmək üçün hazır olmadığı üçün filmi özümüz, müstəqil olaraq çəkməli olduq. “Hollivud bu tipli film üçün auditoriya olduğuna əmin deyil. Lakin mən yaxın şərqlilərin belə bir komediyanı görmək istədiklərinə əmin idim. Təkcə yaxın şərqlilər deyil, amerikalılar da Yaxın Şərqin başqa üzünü görmək üçün filmə baxmaq istəyir.”

Cubrani deyir ki, amerikalıların çoxu beynəlmiləl fikirlidirlər və onlar dünyanın müxtəlif yerlərində baş verənlərlə maraqlanır. "Mən bilirdim ki, mənim filmimə yaxın şəqrlilərdən çox ağdərili, qaradərili, asiyalı və müxtəlif irqdən olan amerikalılar baxacaq” deyə, Cubrani bildirir.

“Jimmy Vestvood” hazırda Los-Anceles və Vaşinqton şəhərinin kino-teatrlarındsa nümayiş ertdirilir. Film Mayın 20-də Nyu-York və 29-da isə San-Fransiskonun böyük ekranlarına çıxacaq.

XS
SM
MD
LG