Accessibility links

JMK: Fransa hakimiyyəti mühacirətdə olan azərbaycanlı blogerə bıçaq hücumunu araşdırmalıdır


Məhəmməd Mirzəli
Məhəmməd Mirzəli

Nyu Yorkda yerləşən Jurnalistləri Müdafiə Komitəsi (JMK) Azərbaycan hökumətini tənqid edən siyasi mühacir və videobloger Məhəmməd Mirzəlinin Fransada bıçaqlanmasını araşdırmağa çağırıb

Təşkilatın bəyanatında deyilir ki, Mirzəli iki gün əvvəl Fransanın qərbindəki Nant şəhərində gəzərkən altı nəfər tərəfindən bıçaqlanıb. Azı 16 bıçaq yarası almış bloger hazırda xəstəxanadadır.

“Fransa hakimiyyəti mühacirətdə olan azərbaycanlı bloger Məhəmməd Mirzəliyə bıçaq hücumunu araşdırmalı, günahkarları və sifarişçiləri taparaq ədalət mühakiməsinə təqdim etməlidir. Fransa hakimiyyəti Mirzəli və mühacirətdə olan digər bloger və jurnalistlərin həyatları üçün qorxu hissi keçirmədən ifadə azadlığından istifadə edə bilməsini təmin etməlidir,” JMK-nın Avropa və Orta Asiya üzrə proqram koordinatoru Gülnoza Səid deyib.

JMK bu ilin əvvəlində anonim şəxsin Mirzəlini WhatsApp vasitəsilə şantaja məruz qoyduğunu, fəaliyyətini dayandırmazsa, bacısı ilə həyat yoldaşının intim fotolarını yaymaqla təhdid etdiyini qeyd edir. Mirzəli tələblərə əməl etməyincə fotolar yayılıb.

Oktyabrda isə silahlılar Nant şəhərində Mirzəliyə atəş açıblar.

Mirzəlinin YouTube kanalının 265,000 istifadəçisi var. Mirzəli sosial şəbəkələrdə Azərbaycan hakimiyyəti ilə bağlı sərt tənqidləri ilə tanınır. Üç il əvvəl onun atasına və digər qohumlarına təzyiqlər edilidiyi bildirilir. Siyasi mühacirin bacısının həyat yoldaşı 2018-ci ildə saxlanılıb. Bir həftə əvvəl isə bacısının şəxsi həyatı ilə bağlı video yayılıb.

Rəsmi Bakı siyasi mühacirə hücumla bağlı hələ münasibət bildirməyib.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Göyçay rayon şöbəsi Gənclər Komitəsinin üzvü Məhəmməd Mirzəli ölkəni 2016-cı ilin yanvarında tərk edib.

O, mühacirətə gedərkən AXCP üzvü olub, hazırda müstəqil video-bloger kimi fəaliyyət göstərdiyi bildirilir.

“Sərhədsiz Reportyorlar” təşkilatının 2020-ci il dünya Mətbuat Azadlığı İndeksində Azərbaycan 180 ölkə arasında 168-ci yerdə qərarlaşıb.

Azərbaycan hakimiyyəti isə media, ifadə azadlığı ilə bağlı beynəlxalq qurumların tənqidlərini qəbul etmir, ölkədə bütün təməl hüquq və azadlıqların tam qorunduğunu bildirir.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG