Accessibility links

Johnson & Johnson COVID-19 vaksinin sınağına ara verib


ABŞ-ın əczaçılıq nəhəngi Johnson & Johnson COVID-19 vaksinin son mərhələsini dayandırıb. Buna səbəb vaksin sınağının iştirakçısının naməlum xəstəliyə yoluxması olub.

Bu barədə ilk bazar ertəsi Stat adlı sağlamlıq vebsaytında məlumat verilib. Onlar şirkətin şirkətdən kənar tədqiqatçılara göndərdiyi sənədi ələ keçiriblər.

Johnson & Johnson tək dozalı eksperimental vaksinin geniş-miqyaslı sınağına bu yaxınlarda başlamışdı. Sınaqda ABŞ, Argentina, Braziliya, Çili, Meksika və Cənubi Afrika daxil olmaqla dünya boyu 200-dən çox yerdə 60,000 könüllü iştirak edir.

Şirkət yaydığı bəynatda bildirib ki, xəstəlik və qəza kimi “pis hadisələr”, xüsusilə də bu qədər çox iştirakçının olduğu klinik sınaqda gözləniləndir. Bəyanatda həmçinin qeyd eidlin ki, araşdırmaya verilən bir fasilədir və kliniki sınağın dayandırlması demək deyil.

Johnson & Johnson-un vaksini tək dozada vurula bildiyi üçün o, iki dozada vurulan digər üç potensian vaksindən üstünlüyə malikdir. Tək-dozalı vaksinin çox soyuq temperaturlarda buzlu vəziyyətdə saxlanmasına ehtiyac olmadığı üçün ondan kütləvi şəkildə istifadə etmək çox rahatdır.

Johnson & Johnson-un vaskin sınağı sınaqda iştirak edən könüllünün xəstələnməsindən sonra müvəqqəti dayandırılan ikinci sınaqdır. ABŞ-da qərargahlanan AstraZeneca əczaçısı ötən ay Britaniyada bir könüllünün xəstələnməsinin ardınca Oksford Universiteti ilə birlikdə inkişaf etdirdiyi vaksinin sınağını müvəqqəti olaraq dayandırmışdı. Daha sonra sınaqlar Britaniya, Braziliya, Hindistan və Cənubi Afrikada davam etdirilsə də, ABŞ-da hələ də dayandırılıb.

Bu arada isə yeni tədqiqatın nəticələri COVID-19-a yoluxan insanın xəstəliyə ikinci dəfə yoluxma riskinin olduğunu göstərir. Bazar ertəsi Lancet Yoluxucu Xəstəliklər tibbi jurnalı ABŞ-ən Nevada ştatında 25 yaşlı bir kişinin apreldə COVID-19-a yoluxduğunu, daha sonra isə iyunda xəstəliyi yenidən və daha və ağır simptomlarla keçirdiyini göstərib.

Tədqiqatçılar onun yeni koronavorisun iki ayrı növünə yoluxduğunu desə də, nə üçün ikici dəfə daha ağır keçirdiyini bilmədiklərini bildiriblər.

XS
SM
MD
LG