Accessibility links

Jurnalist Polad Aslanovun həyat yoldaşı DTX qarşısında etiraz aksiyası keçirib


Gülmirə Aslanova
Gülmirə Aslanova

Həbsdə olan xeberman.com saytının rəhbəri Polad Aslanovun həyat yoldaşı Gülmirə Aslanova yanvarın 11-də Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti (DTX) qarşısında təkbaşına etiraz aksiyası keçirib.

O, jurnalistlərə bildirib ki, işinə yenidən baxılması tələbi ilə aclıq aksiyasına başlayan həyat yoldaşına dəstək üçün aksiya keçirir.

“Tələbimiz Polad Aslanovun Ali Məhkəmə ilə azadlığını və bəraətinin verilməsidir. Bu günə qədəryoldaşım aclıq aksiyası edəndə daim onun qarşısnı almağa çalışmışam. Demişəm ki, sənin səhhətinə ziyandır. Sonuna qədər gedəcəm. Məni də tutsunlar , şərləsinlər. Nə üstümdə narkotik var, nəbomba nə də silah var. Mən sonuna qədər yoldaşımın arxasındayam.Mən sonuna qədər gedəcəm. Hətta çəkisi belə az olsao deyir ya mən öləcəm ya da yaşamayacam bu ləkə ilə. Mən hər gün gələcəm buraŞ, Baş prokurorluğa,.Ya ədalətli qərar verəcəklər, ya da bu görüntünü hər gün görəcəyik. İnanın mən bezmişəm,” o bildirib.

Daha sonra Gülmirə Aslanova DTX binasına dəvət edilib. Aslanova binadan çıxarkən bildirib ki, onu istintaq idarəsinin rəis müavini qəbul edib.

"Əvvəlcə o, mənim Poladın hüquqlarının pozulması haqqında iddialarımla razılaşmayıb. Amma sonradan bizi vəkil Elçin Sadıqovla birlikdə qəbul etməyə razılaşıb. Sabah biz birlikdə onun yanına gedəcəyik," Aslanova bildirib.

Onun fikrincə, işə Ali Məhkəmədən yenidən baxıla bilər.

Öz növbəsində DTX-dan hələlik bununla bağlı şərh almaq mümkün olmayıb.
Gülmirə Aslanova həmçinin qeyd edib ki, yanvarın11-də 1 saylı cəzaçəkmə müəssisəsinə yoldaşı üçün siqaret və su verib.

"Əvvəlcə məndən bağlama qəbul etmək istəmədilər, amma sonra götürdülər. Bu gün Poladın aclıq aksiyası ilə bağlı məlumatım yoxdur, amma o, aclığı dayandırsaydı, mənə məlumat verərdilər," Aslanova bildirib.
Polad Aslanovyanvarın 6-dan aclığa başlayıb.

Jurnalist kassasiya şikayətinə baxılmasının artıq bir ildir gecikdirilməsinə, həbsinin qanunsuz olmasına etiraz olaraq aclıq edir.

2019-cu il noyabrın 16-da Xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. O, 12 iyun 2019-cu ildə həbs edilib və Cinayət Məcəlləsinin 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, Aslanov jurnalist həmkarlarını İran xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

Jurnalist ittihamı qəbul etmir və bunun jurnalist fəaliyyətinin məhdudlaşıdırılmasına yönəldiyini bildirir.ə

Sərhədsiz Reportyorlar, Jurnalistləri Müdafiə Komitəsi kimi beynəlxalq hüquq- müdafiə təşkilatları Azərbaycan hakimiyyətini jurnalist Polad Aslanovla bağlı ədalətli məhkəmə təhqiqatını təmin etməyə çağırıb.

XS
SM
MD
LG