Accessibility links

Jurnalist Zahir Əmənov polis nəzarətinə verilmə qətimkan tədbiri seçilməklə sərbəst buraxılıb


Zahir Amanov, lawyer Elchin Sadigov and human rights activist Khalid Agaliyev
Zahir Amanov, lawyer Elchin Sadigov and human rights activist Khalid Agaliyev

Polis aprelin 13-də saxlanılan Cenub.az regional xəbər saytının təsisçisi və redaktoru Zahir Əmənovu aprelin 15-də sərbəst buraxıb.

Onun barəsində polis nəzarətinə verilmə qətimkan tədbiri seçilib və istintaq müddətində o, azadlıqda olacaq.

Bu barədə Amerikanın Səsinə vəkil Elçin Sadıqov bildirib.

Onun sözlərinə görə, Əmənov özünü təqsirli bilmir. Müdafiə tərəfi cinayət işinə xitam verilməsində israr edəcək.

Daxili İşlər Nazirliyi bildirib ki, Zahir Əmənov Masallı Rayon İcra Hakimiyyətinin Sığdaş kənd ərazi icra nümayəndəsi İsrafil Əliyevin aprelin 13-də polis şöbəsinə şikayəti əsasında saxlanılıb. İcra nümayəndəsi iddia edib ki, Zahir Əmənov onun övladının səs yazısını yaymaqla hədələyib və bunun baş verməməsi üçün 1500 manat pul tələb edib.

Masallı rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 182.1 (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanılıb.

Amma media ictimaiyyətinin bir qrup nümayəndəsi jurnalistə qarşı ittihamın doğruluğuna şübhə edib. Onlar obyektiv araşdırmanı təmin etmək və istintaq müddətində Əmənovu sərbəst buraxmaq üçün daxili işlər nazirinə müraciət edib.

XS
SM
MD
LG