Accessibility links

Hakim Trampın seçkiyə müdaxilə ittihamı ilə əlaqədar məhkəməsini martın 4-də təyin edib


ABŞ-ın sabiq prezidenti Donald Tramp
ABŞ-ın sabiq prezidenti Donald Tramp

Sabiq ABŞ Prezidenti Donald Trampın 2020-ci il prezident seçkilərinin nəticələrini ləğv etmək cəhdi ittihamı ilə əlaqədar məhkəməsi gələn ilin martında keçiriləcək. Bu barədə bazar ertəsi federal hakim qərar çıxarıb.

Məhkəmə işinə sədrlik edən ABŞ-ın dairə hakimi Tanya Çutkan məhkəməni martın 4-ə təyin edib. Bu, 15 ştatda seçicilərin 2024-cü il preziden seçkisində namizədini seçmək üçün səs verdiyi Super Çərşənbə Axşamı kimi tanınan gündən bir gün öncəyə təsadüf edir.

Tramp hazırda Respublikaçıların nominasiyasını qazanmaq üçün öndə gedir.

Prokurorlar məhkəmənin yanvarın 2-də başlamasını istəyirdilər, ancaq Trampın müdafiə komandası onu 2026-ci ilin aprelinədək, yəni seçkidən iki il sonraya təxirə salmaq istəyirdi.

Çutkan təklif olunan hər iki tarixi “qəbuledilməz” adlandıraraq rədd edib. Ancaq onun təyin etdiyi gün Trampın prezidentliyə seçki kampaniyasını və başqa hüquqi mübarizələrini çətinləşdirə bilər.

Bu tarix nəinki prezidentlik seçkilərinin praymeriz mövsümünün başlaması ilə üst-üstə düşəcək, həm də onun və onun tərəfdaşlarının iştirak etdiyi digər məhkəmə prosesləri ilə toqquşacaq.

Tramp və digər 18 nəfərə bu yaxınlarda həmin ştatda seçki nəticələrini ləğv etməyə cəhd göstərmək ittihamları irəli sürüldüyü ABŞ-ın cənubundakı Corciya ştatında prokurorlar məhkəmənin martın 4-ə təyin edilməsinə çağırıb. Ancaq hakim hələ ki, qərar verməyib.

Bundan üç həftə sonra, martın 25 Trampın 2016-cı il prezident seçkisindən öncə porno ulduza susması üçün pul ödəməklə əlaqədar ittihamla Nyu Yorkda məhkəməyə çıxacağı gözlənilir.

Mayın 20-də isə o, Foridada münsiflər məhkəməsi qarşısına çıxacaq. Orada o, iyun ayında vəzifədən getdikdən sonra qeyri-qanuni olaraq məxfi sənədləri saxlamaq və müstəntiqlərdən gizlətməkdə ittiham olunub.

Hüquq məsələləri üzrə ekspertlərin sözlərinə görə, Trampın federal seçkiyə müdaxilə ilə bağlı məhkəməsinin başlaması üçün onun Nyu York və Corciyadakı məhkəmələrinin tarixləri dəyişməlidir.

Çutkan deyib ki, o, Nyu Yorkdakı məhkəməyə sədrlik edən hakimlə danışıb. Manhetten prokuroru daha öncə məhkəmə tarixini dəyişdirməyə açıq olduğuna işarə edib.

Xüsusi prokuror Cek Smitin apardığı federal seçkiyə müdaxilə işində Tramp dörd cinayət ittihamı, o cümlədən Birləşmiş Ştatlara qarşı fırıldaqçılıq etmək üçün sui-qəsd və rəsmi prosesə mane olmaq üçün sui-qəsd ittihamı ilə üzləşir.

O, ittihamlar üzrə özünü təqsirli bilməyib.

Forum

Dünyaya Baxış

Dünyaya Baxış. ABŞ Rusiyaya qarşı sanksiyaları sərtləşdirir
please wait

No media source currently available

0:00 0:12:05 0:00

Amerika İcmalı

Amerika İcmalı. Azərbaycan-Ermənistan sülh prosesi. ABŞ-Ukrayna danışıqları.
please wait

No media source currently available

0:00 0:25:08 0:00
XS
SM
MD
LG