Juneteenth Amerikanın ən yeni federal bayramıdır. Prezident Co Bayden bununla bağlı cümə axşamı qanun imzalayıb. Lakin afrikalı amerikalılar 1865-ci ildən bəri hər il bu bayramı iyunun 19-da qeyd ediblər. Həmin gün köləlik edən qaralar azad olunduqlarını öyrəniblər. Bu isə Prezident Abraham Linkolnun Azadlıq elanını imzalamasından iki il yarım sonraya təsadüf edib. Bu gün həmçinin qaraların azadlıq və ədalət uğrunda mübarizələrini xatırlamaq və gənc nəsillərə mühüm tarixi öyrətmək fürsəti kimi qeyd olunur.
Vaşinqtonda yerləşən Milli Afrikalı Amerikalıların Tarixi və Mədəniyyəti Muzeyinin mütəxəssisi və tarixçisi Kelli Eleyn Navis deyir ki, general Qordom Qrencer Texasın Qalvenston şəhərinə 1865-ci ilin iyunun 19-da gedib. Onu 1800 İttifaq qoşunu müşahidə edib. Onların çoxu isə Birləşmiş Ştatların Rəngli Qoşunlarının əsgərləri olub. General Qrencer 3 nömrəli general əmrini elan edib ki, bununla texaslılara qulların artıq köləlik etməyəcəkləri bildirilib.
“Orada quldarlığın leqal olaraq başa çatdığı və qulların artıq azad olduqları bildirilmişdi. Bu vacib idi, çünki baxmayaraq ki, Azadlıq elanı 1863-cü ilin yanvarın 1-də imzalanmışdı, həmin elan təkcə Konfederasiyadakı ştatlara təsir elədi, və ondan sonra ittifaqın mövcud olduğu ştatlara,” Navis deyib.
Navis xatırlayır ki, o uşaq olanda müəllim olan atası Azadlıq günü kimi tanınan Juneteenth-i qeyd edirdi.
“O təkcə Berkli Məktəbindəki tələbələrini deyil, həm də dostlarını, ailəsini və icma üzvlərini dəvət edirdi. O bütün gecə barbekyu edirdi və mənim gənc yaşlarından işim soğan və kartof soymaq idi. Və bizim nəsillərarası bir proqramımız var idi. Uşaqlar ifa edib, şer oxuyurdular, rəqs edirdilər. Yaşlılar isə söhbət edirdilər, Amerikada qara olmaqla bağlı təcrübələrinin hekayələrini paylaşırdılar,” Navis deyir.
Juneteenth onsuz da demək olar ABŞ-ın 50 ştatın hamısında və Kolumbiya Mahalında ştat səviyyəsində bayram kimi qeyd olunurdu. Ötən il milyonlarla insanın Corc Floydun, Breonna Teylor və başqalarının öldürülməsinin ardınca irqi ədalətsizliyə qarşı nümayişlər keçirməsindən sonra iki partiyanın da təmsil olunduğu bir qrup Konqresi “Juneteenth”i federal bayram kimi tanıması üçün təzyiq göstərib.
Cümə axşamı isə Juneteenth 150 ildən sonra Ağ Evdə ən yeni federal bayram elan olundu. Bundan bir neçə gün öncə Konqres bununla bağlı qanun layihəsini təsdiq etmişdi.
Hovard Universitetinin Hüquq Məktəbinin professoru Castin Hansford deyib ki, Juneteenth afrikalı amerikalılar qulların azad edilməsini qeyd etmir, həm də anım günü kimi qeyd olunur.