Accessibility links

Jurnalistin həyat yoldaşı prokurorluğun binası qarşısında etiraz edib


Sevinc Sadıqova etiraz edir
Sevinc Sadıqova etiraz edir

“Azel TV” xəbər saytının təsisçisi, həbsdə olan jurnalist Əfqan Sadıqovun həyat yoldaşı Sevinc Sadıqova bu gün, iyunun 19-da Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin binası qarşısında etiraz aksiyası keçirib.

O, həyat yoldaşının saxlandığı yer haqda məlumatın olmamasına və onunla telefon danışığına, görüşə imkan verilməməsinə etiraz edib.

Sadıqova avtomobil yolunun ortasında duraraq yolu bağlamağa çalışıb və yoldan keçənləri ona qoşulmağa çağırıb.

Sevinc Sadıqova etitaz edərkən
Sevinc Sadıqova etitaz edərkən

O, plakat qaldırıb: “Mən öz dövlətimdən ədalət istəyirəm! Qanunlara ədalət! Məhkəməyə ədalət!”.

Polis ondan avtomobil yoldan çıxmağı təklif edib. Nəhayət, sadıqovanı idarənin binasına dəvət ediblər.

Xatırladaq ki, Sadıqov mayın 13-də saxlanılıb. Binəqədi Rayon Məhkəməsi onu hədə-qorxu ilə tələb etmək ittihamı ilə 4 ay müddətinə həbs edib.

İstintaqın bildirdiyinə görə, Əfqan Sadıqov Xəbərfakt.az nəşrinin redaktoru Sakit Muradov ilə birlikdə 10 min manat rüşvət alarkən cinayət başında saxlanılıb.

Xatırladaq ki, Əfqan Sadıqov yetkinlik yaşına çatmayanların tərəfindən fahişəliyə cəlb edilməsi, din xadimlərinin narkomafiyaya bağlılığı, Sumqayıt Şəhər İcra Hakimiyyətində korrupsiya və başqa qalmaqallı yazıları ilə tanınır.

Bundan öncə o, Cəlilabad rayon məmurlarını tənqid etdiyinə görə mühakimə olunmub.

Dünyaya Baxış

Dünyaya Baxış. Tramp beynəlxalq məhkəməyə sanksiya tətbiq etdi
please wait

No media source currently available

0:00 0:13:08 0:00
XS
SM
MD
LG