Accessibility links

Jurnalist şahid qismində ifadə verib


Təzəxan Mirələmli
Təzəxan Mirələmli

Martın 18-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının üzvü, "Azadlıq" qəzetinin müxbiri Təzəxan Mirələmli Xətai rayon Polis İdarəsində şahid qismində ifadə verib.

Jurnalist bildirib ki, fevralın 26-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalları Xocalı prospektindəki “Ana fəryadı” abidəsini ziyarət edən zaman özünü bloger kimi təqdim edən Ata Abdullayev söyüş söyüb və buna görə Mirələmli ona xəbərdarlıq edib, o isə polisə şikayət edib.

Mirələmli bundan öncə Abdullayevin şikayəti əsasında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Bölməsinə dəvət edilərək izahatı alınıb.

Bu gün jurnalistə bildiriblər ki, fakt üzrə Cinayət Məcəlləsinin 221.1 maddəsi (xuliqanlıq) ilə cinayət işi başlanılıb.

“Müstəntiq Samir Ağayev şahid qismində izahatımı aldı və bildirdi ki, məni Ata Abdullayevlə üzləşmək üçün yenidən dəvət edəcək. Müstəntiq üzləmədən sonra mənim barəmdə qərar qəbul ediləcəyini bildirdi,” Mirələmli qeyd edib.

Jurnalist Ata Abdullayevi vurmadığını bildirib.

Məsələ ilə bağlı Ata Abdullayev deyib ki, fevralın 26-da Təzəxan Mirələmli peşə fəaliyyətinə mane olaraq ona hücum çəkib.

XS
SM
MD
LG