Accessibility links

Jurnalist 20 gündür aclıq edir


İkram Rəhimov

Realliq.info saytının redaktoru İkram Rəhimov saxlanıldığı 1 saylı Balı İstintaq Təcridxanasında 20-ci gündür aclıq edir.

Bu barədə jurnalistin ailəsindən Amerikanın Səsinə bildiriblər.

“İkram Rəhimov bu gün, avqustun 26-da zəng etmişdi. Səsi zəif və xırıltılı idi. Dedi ki, hər iki ayağı tutulub, ayağa qalxmağa taqəti yoxdur, başgicəllənmələri artıb, çox arıqlayıb. Aiəsinin xahişinə baxmayaraq İkram aclığı dayandırmır. Ölənədək və ya ədalət bərpa olunanadək aclığı davam etdirəcyini bildirir. Ailəsi beynəlxalq və yerli ictyimaiyyəti jurnalistə kömək etməyə çağırır,” ailə üzvü bildirib.

Öz növbəsində Penitensiar Xidmətin İctimiayyətlə əlaqələr şöbəsindən Amerikanın Səsinə İkram Rəhimovun aclığı davam etdirdiyini tədiq ediblər.

“O, su qəbul edir. Tibb-sanitar hissəsinə keçirilib, həkim nəzarətindədir. İkram Rəhimova hər hansı tibbi müdaxilə edilməyib və səhhətində ciddi problemlər yaranmayıb. O qanunvericilikdə nəzərdə tutulan bütün hüquqlarından tam istifadə edir, yaxınları ilə görüşür və telefonla ailəsi ilə əlaqə saxlayır,” Penitensiar Xidmətin İctimaiyyətlə Əlaqələr Şöbəsi bildirib.

Avqustun 23-də Beynəlxalq Qızıl Xaç Komitəsinin Bakı nümayəndəliyinin həkimləri təcridxanada jurnalistə baş çəkib.

İkram Rəhimov avqustun 7-də Bakı Apellyasiya Məhkəməsinin hazırlıq iclasında məhkəmədən müdafiə tərəfinin təkrar məhkəmə istintaqı haqqında vəsatətini təmin etməisini xahiş edib. Məhkəmə müdafiə tərəfinin və jurnalistin vəsatətlərini təmin etməyib.

Jurnalist məhkəmədə bildirib ki, bütün məhkəmə materialları saxtalaşdırılıb. Bu səbəbdən İkram Rəhimov "qanunsuz" cinayət təqibinə son qoyulması tələbi ilə avqustun 7-dən aclığa başlayıb.

Avqustun 21-də keçirilən məhkəmə iclasında məhkəməyə etibar etmədiyini bildirən Rəhimov hakim heyətinə etiraz edib. Bununla əlaqədar məhkəmə iclası avqustun 28-nə təxirə salınıb.

İkram Rəhimov 2018-ci il oktyabrın 26-da hədə yolu ilə pul tələb etməkdə ittihamı ilə həbs edilib. O, həbsdən öncə bildirib ki, Azərbaycan pezidentinin köməkçisi Əli Həsənovu tənqid etdiyinə görə təqib olunur. Məhkəmədə bunu bir daha bildirib.

İyunun 12-də məhkəmə onu 5.5 il müddətinə azadlıqdan məhrum edib.

Şərhlərə bax

XS
SM
MD
LG