Accessibility links

Jurnalist 240 gündən sonra aclığı dayandırıb


Əfqan Sadıqov

Bu gün, iyulun 2-də 240 gündür aclıq edən Azel.TV saytının rəhbəri həbsdə olan Əfqan Sadıqov aclıq aksiyasını dayandırıb.

Bu barədə jurnalistin həyat yoldaşı Svinc Sadıqova Amerikanın Səsinə bildirib.

Azel TV-nin rəhbəri Əfqan Sadıqov 2020-ci ilin mayında hədə yolu ilə pul tələb etmək ittihamı ilə həbs edilib. 3 noyabr 2020-ci ildə məhkəmə onu yeddi il azadlıqdan məhrum edib. Həmin il noyabrın 4-dən o, məhkəmənin qərarına etiraz olaraq aclıq elan edib. Bu il yanvarın 28-də Apellyasiya Məhkəməsi onun cəza müddətini 6 ilədək azaldıb. Bu gün, iyulun 2-də isə Ali Məhkəmə Sadıqovun həbs müddətini 4 ilə endirib.

Yerli hüquq müdafiəçiləri onu siyasi məhbus kimi tanıyıblar.

“Bu gün məhkəmə prosesindən sonra həyat yoldaşım Əfqan Sadıqovla görüşdüm, məhkəmənin verdiyi qərarı açıqladım. Ondan xahiş etdim ki, aclıq aksiyasını dayandırsın. Zatən bu gündən sonra aclığı davam etdirməsinin heç bir məntiqi əsası yoxdur. O, bütün bu halları nəzərə alaraq aclıq aksiyasını dayandırmaq qərarına gəldi. Dəstək olan hər kəsə təşəkkür edirəm. Bundan sonra yenə də mübarizəni davam etdirəcəyik,” jurnalistin həyat yoldaşı qeyd edib.

Sevinc Sadıqovanın sözlərinə görə, Əfqan Sadıqov aclıq etdiyi müddətdə 58 kiloqram arıqlayıb. Onun səhhətində ciddi problemlər yaranıb. Jurnalist bir dəfə komaya düşüb və həkimlərin səyi nəticəsində komadan ayılıb. Bundan sonra ona güclü sistemlər vurulub və süni qidalandırlıb.

Amerika İcmalı

Amerika İcmalı - 30 İyul 2021
please wait

No media source currently available

0:00 0:30:18 0:00
XS
SM
MD
LG