Accessibility links

"Jurnalist 50 gündür aclıq edir, reaksiya yoxdur,"- həyat yoldaşı deyir


Azel TV saytının həbsdə olan rəhbəri Əfqan Sadıqov 50-ci gündür aclıq edir.

Bu barədə Əfqan Sadıqovun həyat yoldaşı Amerikanın Səsinə deyib.

Onun sözlərinə görə, dekabrın 22-də Əfqan Sadıqov ilə telefonla danışıb.

"Əfqanla dekabrın 22-də telefonla danışdım. 50 gündür aclıq edir, vəziyyəti ağır olaraq qalır. Müxtəlif instansiyalara müraciətlər edirəm, müraciətlərimizə cavab verilmir. Ona görə də ümidsiz qalmışam," o qeyd edib.

Onun sözlərinə görə, Əfqan Sadıqov telefon söhbətində vəziyyətinin daha da ağırlaşdığını bildirib, Apellyasiya Məhkəməsinə şikayətin nə yerdə olması ilə maraqlanıb.

Sevinc Sadıqova deyir ki, Əfqan Sadıqovun sənədləri Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib.

“Əfqanla bağlı iş Sumqayıt Apellyasiya Məhkəməsinə daxil olub. Apellyasiya şikayəti üzrə məhkəmə dekabrın 25-nə təyin edilib".

Noyabrın 3-də Bakı Ağır Cinayətlər Məhkəməsi Azel.tv saytının redaktorunu hədələmə yolu ilə pul tələb etmə ittihamı ilə günahkar sayaraq, yeddi il müddətinə azadlıqdan məhrum edib.

“Mən məhkəmənin hökmünü ədalətsiz hesab edirəm. Ortada heç bir hədə-qorxu, şantaj xarakterli yazı yoxdur. Bu səbəbdən aclığa başlayıram. Ədalət bərpa edilməsə aclığın 20-ci günündən sonra quru aclığa keçəcəm,” jurnalist məhkəmədə deyib.

Dekabrın 4-də Bakı Apellyasiya Məhkəməsində jurnalistin apellyasiya şikayətinə baxış başlayıb və məhkəmə şikayətə baxılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərib. Sumqayıt Apellyasiya Məhkəməsinin şikayətə nə vaxt baxacağı hələ məlum deyil.

Əfqan Sadıqov mayın 13-də saxlanılıb və Binəqədi Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

İstintaqın iddiasına görə, Sadıqov xeberfakt.az nəşrinin redaktoru Sakit Muradovla birlikdə 10,000 manat rüşvət alarkən saxlanılıb. Bu zaman Muradovu həbs etməyiblər.

Əfqan Sadıqov həbsindən öncə “Taxtakörpüdə gizlədilmiş cinayət hadisəsi“ adlı məqalə ilə çıxış edib. Məqalədə Taxtakörpü qəsəbəsində kimsəsiz və köməksiz olan iki qadına qarşı (onlardan biri azyaşlıdır) cinsi zorakılıqdan bəhs edilir. Jurnalist qadınlara qarşı zorakılığın araşdırılmamasından narahatlığını bildirib. O həmin məlumatı YouTube kanalı vasitəsilə də diqqətə çatdırıb.

Sadıqov həmçinin narkotik qaçaqmalçılığında əli olduğunu iddia etdiyi bir qrup şəxs və Sumqayıt şəhər İcra Hakimiyyətinin vəzifəli şəxsləri barədə də tənqidi məqalələrlə çıxış edib.

“Yüksək vəzifəli bir neçə məmuru kəskin tənqid, ifşa etdiyim üçün sifarişin, tapşırıq, göstərişin haradan gəldiyini yaxşı bilirik,” Sadıqov həbsindən öncə Facebook səhifəsində yazıb.

Bir çox yerli və beynəlxalq hüquq müdafiə təşkilatları, o cümlədən Jurnalistləri Müdafiə Komitəsi Azərbaycan hökumətini jurnalistin dərhal azadlığa buraxılmasına çağıran bəyanatlarla çıxış edib.

Dünyaya Baxış

Dünyaya Baxış. Ukrayna Rusiyanın 26 pilotsuz təyyarəsini vurduğunu bildirib
please wait

No media source currently available

0:00 0:10:31 0:00

Amerika İcmalı

Amerika İcmalı. Ukraynaya dəstək və yardım. NATO baş katibinin Cənubi Qafqaza səfəri.
please wait

No media source currently available

0:00 0:29:43 0:00
XS
SM
MD
LG