Accessibility links

Jurnalist Aydın Canıyevin məhkəməsi başlayır


Jurnalist Aydın Canıyevin məhkəməsi başlayır
Jurnalist Aydın Canıyevin məhkəməsi başlayır

Aydın Canıyevə Cinayət Məcəlləsinin xuliqanlıq maddəsi ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbiri seçib.

Lənkəran Rayon Məhkəməsində “Xural” qəzetinin cənub bölgəsi üzrə müxbiri Aydın Canıyevin işi üzrə hazırlıq iclası olub. Aydın Canıyevin qardaşı Şahəddin Canıyev noyabrın 17-də “Media forum” saytına açıqlamasında deyib ki, hakim Elçin Kazımov məhkəmə araşdırmasını noyabrın 21-nə təyin edib.

Sentyabr ayında vətəndaş Zemfira Xəlilovanı təhqir etmək, Lənkəranın Sərpəkəran kəndinin məscidində xuliqanlıq törətməkdə ittiham olunan jurnalist inzibati həbs cəzası alıb. Daha sonra Aydın Canıyevə Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) ilə cinayət işi qaldırılıb və Lənkəran Rayon Məhkəməsi onun barəsində həbs qətimkan tədbirinin seçilməsinə dair qərar çıxarıb.

Aydın Canıyevin cinayət məsuliyyətinə cəlb olunması məsələsini Lənkəran Dövlət Universitetinin pedaqoji heyəti də qaldırıb. Onların şikayətinə jurnalistin “Xural” qəzetində getmiş məqaləsindəki bəzi ifadələr səbəb olub.

Jurnalist ittihamları qəbul etmir və həbsinin tənqidi yazıları ilə bağlı olduğunu bildirib.

XS
SM
MD
LG