Accessibility links

Jurnalist Elmar Hüseynovun qətlindən 16 il keçir, qatillər hələ də tapılmayıb


Martın 2-də "Monitor" jurnalının baş redaktoru Elmar Hüseynovun qətlindən 16 il keçir.

Jurnalist 2005-ci il martın 2-də evinin astanasında tapançadan açılan yeddi güllə ilə öldürülüb. Araşdırmaya cəlb olunan Türkiyəli müstəntiqlər bildiriblər ki, hüquq-mühafizə orqanları işçilərinin timsalında cinayətkar qrupun törətdiyi cinayətin üstünü açıblar. Lakin hakimiyyət bildirib ki, qətli Gürcüstandan olan etnik azərbaycanlılar Tahir Xubanov və Teymuraz Əliyev törədib.

Azad mətbuatın və azad sözün müəyyən çərçivəyə salınması, hakimiyyətin nəzarətinə keçirilməsi prosesi sürətlə getdi və indiyədək də davam edir.
Mehman Əliyev, Turan Agentliyinin direktoru

İstintaqın məlumatına görə, İnterpol xətti vasitəsilə həmin şəxslər barəsində axtarış elan edilib, lakin Gürcüstan hakimiyyəti bunu təkzib edib. Faktiki olaraq, hələ də cinayət işinin istintaqında hansısa bir yenilik yoxdur.

2006-2007-ci illərdə Daxili İşlər Nazirliyinin keçmiş polkovniki Hacı Məmmədovun rəhbərlik etdiyi cinayətkar qrupun məhkəməsi zamanı o, jurnalistin qətlini keçmiş iqtisadiyyat naziri Fərhad Əliyevin sifariş etdiyini bildirib. Lakin istintaq orqanı bu versiyanı təsdiq etməyib.

Mehman Əliyev: Elmar Hüseynovun qətlinin açılmaması siyasi məqamlarla bağlıdır
please wait

No media source currently available

0:00 0:04:46 0:00

Hacı Məmmədov çoxsaylı qətl və adam oğurluğu hallarına görə həbs olunub, ömürlük həbsə məhkum edilib. Sonradan həbsxanada vəfat edib.

Elmar Hüseynovun redaktoru olduğu "Monitor" jurnalı hakimiyyətə qarşı kəskin tənqidi mövqe tutaraq talançılıq, korrupsiya, səmərəsiz idarəetmə, insan hüquqları və azadlıqların pozulması problemlərini ictimailəşdirib. Jurnalist bu məqalələrə görə dəfələrlə hakimiyyətin yüksək eşelonlarından hədələrə və tənqidə son qoyulması ilə bağlı təqiblərə məruz qalıb. O bir dəfə həbsə məhkum edilib və bir neçə dəfə saxlanılıb.

Turan Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində bildirib ki, 16 il ərzində Elmar Hüseynovun qətlinin üstünün açılmaması siyasi məqamlarla bağlıdır.

“Elmar Hüseynovun qətlinin üstünün açılmamasının səbəbi çox sadədir. Hakimiyyət qətlin üstünün açılmasında maraqlı deyil,” o qeyd edib.

Əliyevin fikrincə, Elmar Hüseynovun qətlindən sonra ölkədə mətbuat azadlığı xeyli geriləyib.

“Bütün tədqiqatlar onu göstərir ki, Hüseynovun qətlindən sonra 6 ay fasilə verildi. Ondam sonra təpkilər sürətlə artmağa başladı. Bu fiziki təzyiqlər idi, yəni jurnalistlərin döyülməsi, jurnalistlərin həbsi, başqa-başqa basqılar, jurnalistlərin ələ alınması. Yəni, bütövlükdə azad mətbuatın və azad sözün müəyyən çərçivəyə salınması, hakimiyyətin nəzarətinə keçirilməsi prosesi sürətlə getdi və indiyədək də davam edir.”

Onun fikrincə, Elmar Hüseynovun qətlinin üstünün açılması, mətbaut azadlığının təmin edilməsi üçün ölkədə siyasət dəyişməlidir.

Əminəm ki, Elmarın qatilləri gec də olsa, bir gün mütləq ədalətli, müstəqil məhkəmə qarşısında dayanacaq və haqq etdiyi cəzanı alacaq.
Əli Kərimli, AXCP sədri

“Azərbaycan hakimiyyəti azad medianın olmasını istəmir. Çünki korrupsiya var, özbaşınalıq var. Media ictimai nəzarəti həyata keçirən bir strukturdur. Ona görə də azad medianın mövcudluğunu qəbul etmirlər. Birinci növbədə siyasət, yanaşma dəyişməlidir. Bundan sonra medianın durumu kifayət qədər düzələ bilər, yaxşılaşar,” o bildirib.

O digər yazar, Rafiq Tağının da (Rafiq Tağını 2011-ci il noyabrın 19-da naməlum şəxslər yaşadığı binanın yaxınlığında bıçaqlayıb. Bundan bir neçə gün sonra, noyabrın 23-də xəstəxanada qəfildən vəfat edib-red.) qətlinin açılmamasını qeyd edib.

“Mən Rafiq Tağının ölümündən bir neçə saat qabaq xəstəxanada onun yanında olmuşam. Onu hansı şəraitdə xəstəxanada saxladıqlarını gördüm. Onun qardaşlarına dedim ki, Rafiqi təcili bu xəstəxanadan çıxarsınlar. Yoxsa sonu pis qurtaracaq. Elə də oldu. Yəni, bir neçə saatdan sonra o rəhmətə getdi. O cümlədən, jurnalist Rasim Əliyevlə (2015-ci ilin avqustunda jurnalist Rasim Əliyev döyülərək ağır xəsarətlər aldıqdan sonra xəstəxanada vəfat edib-red.) bağlı da belə oldu. İndi hüquq müdafiəçisi Oqtay Gülalıyev (Gülalıyev 29 oktyabr 2019-cu ildə baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində kəllə-beyin travması alaraq komaya düşüb və hələ də komadadır-red.). Biz altı aydır prokurorluqdan normal bir cavab ala bilmirik ki, Oqtayın bu vəziyyətə düşməsinin səbəbi nədir?” Əliyev deyib.

Əli Kərimli
Əli Kərimli

Azərbaycan Xaql Cəbhəsi Partiyasının sədri Əli Kərimli bildirirb ki, Elmar Hüseynovu öldürənlərin məqsədi Azərbaycanda azad sözə son qoymaq idi.

İstintaq yenidən aparılmalıdır!
Xədicə İsmayılova, jurnalist

“Elmarın qatilləri nəinki cəzasız qaldılar, hətta sonrakı illərdə onlarla tanınmış jurnalistin şərlənərək həbs olunmasına nail oldular. Tədricən Azərbaycanda azad mətbuat tamamilə məhv edildi. Elə bu vaxt internet, sosial şəbəkə və yeni yazarlar nəsli köməyə gəldi. Azad, tənqidi sözü boğmaq mümkün olmadı. İllər keçsə də, Azərbaycan cəmiyyəti Elmar Hüseynovu, onun qətlini unutmur. Əminəm ki, Elmarın qatilləri gec də olsa, bir gün mütləq ədalətli, müstəqil məhkəmə qarşısında dayanacaq və haqq etdiyi cəzanı alacaq. Elmar bəyin işıqlı xatirəsi isə hər zaman azadlıqsevər insanların qəlbində yaşayacaq,” AXCP sədri facebook səhifəsində yazıb.

Xədicə İsmayılova
Xədicə İsmayılova

Jurnalist Xədicə İsmayılova hesab edir ki, Elmar Hüseynovun qətlinin sifarişçiləri istintaqa mane olublar deyə, qatil azadlıqda gəzir.

“Bu gün istintaqdakl problemlərə işıq salacaq bir yazı çıxacaq. Həmkarlarım o zaman araşdırma üçün Bakıya gəlmiş FBİ əməkdaşlarıyla (ABŞ-ın Federal Təhlükəsizlik Bürosu-red.) danışıb, sənədləri incələyiblər. Bir azdan həmkarların araşdırması işıq üzü görəcək. İstintaq yenidən aparılmalıdır!", o, Facebook səhifəsində qeyd edib

Öz növbəsində, hüquq mühafizə orqanlarından jurnalistlərin qətli ilə bağlı cinayət işi üzrə istintaqın nə yerdə olamsı barədə sorğumuza cavab almaq mümkün olmayıb.

Dünyaya Baxış

Dünyaya Baxış.Qubad Ibadoğlu ev dustaqlığına buraxılıb
please wait

No media source currently available

0:00 0:11:22 0:00
XS
SM
MD
LG